Kubik sinqoniya — ali kateqoriyalı kristalloqrafik sinqoniya. Bir-birinə perpendikulyar və eyni ölçü vahidinə malik üç kristalloqrafik oxla səciyyələnir (α=β=γ=90°, α=b=c). Kubik sinqoniya kristallarında məchul həndəsi sabit yoxdur. Kubik sinqoniya kristallarının fəza şəbəkəsində elementar özək kubdur. 5 sinfi var. Bunların hər birində 4 üçlük simmetriya oxunun (4L³) iştirakı zəruridir.
Kubik sinqoniya kristalları elektrik və istilikkeçirmələrinə, həmçinin optik xassələrinə görə izotropdur.
Həmçinin bax
- Polidimit
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kubik sinqoniya haqqında məlumat. Kubik sinqoniya nədir? Kubik sinqoniya nə deməkdir?