Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birl

Miraslan Bəkirli

  • Ana Səhifə
  • Vikipediya
  • Miraslan Bəkirli

Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Miraslan Bəkirli
Doğum tarixi 17 mart 1955(1955-03-17) (70 yaş)
Doğum yeri
  • Qızıl Şəfəq, Kalinino rayonu, Ermənistan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi

Həyatı

Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qızıl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir.

Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972–1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda "Zarya" qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan "Vətən səsi" qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb.

1984-cü ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Kitabları

  1. "Çən qarısı" (uşaq hekayələri) 130 səh. – "Gənclik" nəş.- 1992-ci il;
  2. "İstək" (hekayələr, povectlər, esse və mənsur şeirlər) – 340 səh. "Ağrıdağ" 1999-cu il;
  3. "Qaçqının ünvanı olmur" (publisistika) 180 səh – "Nurlan" – 2002-ci il;
  4. "Kəndim- kədərim"- 1-ci cild (publisistika) 486 səh. – "Nurlan" – 2003-cü il;
  5. "Əsərlər" – 1-ci cild (hekayələr) – 400 səh.– "Nurlan" – 2004-cü il;
  6. "Əsərlər" – 2-ci cild (povestlər) – 454səh.– "Nurlan" – 2008-ci il;
  7. "Kəndim- kədərim"- 2-ci cild (publisistika) 486 səh. "Nurlan" – 2011-ci il;
  8. "Əsərlər" – 3-cü cild ("Sürgün" romanı) – 319səh.– "Zərdabi" – 2012-ci il;
  9. "Əsərlər" – 4-cü cild ("Mübariz" romanı) – 311səh.– "Zərdabi" – 2015-ci il;
  10. "Sürgün" (roman), Ankara, "Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası" — 2012.
  11. "Mübariz" romanı – Bakı, "Zərdabi" LTD – 2015-ci il; 311 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Miraslan Bəkirli haqqında məlumat. Miraslan Bəkirli nədir? Miraslan Bəkirli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Rambler

  • Fevral 27, 2026

    Qazan (şəhər)

  • Fevral 27, 2026

    Talıstan bələdiyyəsi

  • Fevral 27, 2026

    Qumluqdakı qadın

  • Fevral 25, 2026

    Sünni İslam

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst