DC Comics — ABŞ komiks nəşriyyatı. Time Worner-in sahib olduğu Warner Bros. şirkətinin bir hissəsidir. DC Comics ABŞ-nin ən böyük və ən məşhur komiks nəşriyyatlarından biridir. Bir digəri Marvel Comics-dir. DC Comics tərəfindən yaradılmış məşhur personajlara Supermen, Betmen, Möcüzə qadın, Yaşıl fənər, Fleş, Akvamen, Şahinqız, Yaşıl Ox və Şahin-adam aiddir. Nəşriyyat Ədalət Liqası, Ədalət Cəmiyyəti və Gənc Titanlar kimi məşhur komandaların, eləcə də Joker, Leks Lutor, Pişik-qadın, Darksayd, Ras al Qul, Detstrok, Sinestro və Breynyak kimi super cinayətkarların müəllifidir. DC Comics həmçinin DC dünyasına daxil olmayan "Gözətçilər" və "V Vandetta deməkdir" komikslərini çap etdirmişdir.
| DC Comics | |
|---|---|
| |
| Ölkə | |
| Əsas şirkət | Warner Bros. |
| Status | aktiv |
| Yaranma tarixi | 1934 |
| Qurucu | Malkom Hiler-Nikolson |
| Qərargah | Berbank, Kaliforniya, ABŞ |
| Nəşrlər | komiks |
| Sahib | Time Warner |
| Sayt | dccomics.com |
Nəşriyyatın adı hələ Betmen personajı yaradılarkən yer aldığı "Dedektiv komiksləri" ("Dedective Comics") seriyasının baş hərflərindən götürülmüşdür. Nəşriyyatın baş qərargahı 2013-cü ilə qədər Nyu Yorkda yerləşmiş, o tarixdən etibarən isə Kaliforniyanın Berbank şəhərində yerləşməkdədir.
DC Comics və Marvel Comics birlikdə 2008-ci ildə ABŞ-də çap olunan komikslərin 80%-nin müəllifi idilər.
Tarix
DC Comicsin əsası 1934-cü ildə Malkol Hiler-Nikolson tərəfindən qoyulmuşdur. Nəşriyyatın ilk adı National Allied Publications idi. Nəşriyyatın ilk komiksi 1935-ci ilin fevralında nəşr olunmuş "Yeni əyləncə: Böyük komiks jurnalı" komiksinin ilk sayı idi. 1935-ci ilin dekabrında "Yeni komikslər" nəşr olunmağa başlandı. Bu, komiks Qızıl dövrün başlanğıcının xəbərçisi idi. Daha sonra bu komiksinin adı dəyişdirilərək "Macəra komiksləri" olmuş, 1983-cü ilə qədər 503 sayı nəşr olunmuş, DC Comicsin ən uzun müddət çap olunmuş komiksi olmuşdur. 2009-cu ildə DC Comics bu adla yeni komiks nəşr etməyə qərar vermişdir.
3-cü komiks seriyası "Dedektiv komikslər" olmuşdur. Bu komiksin reklamı 1936-cı ilin dekabrında edilsə də, 1937-ci ilin martında çap olunmuşdur. 1939-cu ilin mayında komiksin 27-ci sayında Betmen personajının peyda olmasından sonra bu komiks xeyli məşhurlaşmışdır. Nəşriyyatın qurucusu Malkom isə nəşriyyatı tərk etmişdir. 1937-ci ildə nəşriyyat adını Dedective Comics almışdır.
Dedective Comics adı ilə ilk təsis olunmuş komiks "Əməliyyat komiksləri" olmuşdur. Bu komiks seriyasında ilk dəfə Supermen yer almışdır. Komiksin 1938-ci ilin iyun ayında nəşr olunmuş ilk sayı komiks dünyasına yenilik gətirmişdi. Bu komiksdə ilk dəfə "super qəhrəman" termini işlədilmişdi və komikslərdə ilk dəfə super qəhrəmanlar iştirak edirdi. Tezliklə nəşriyyat Qum-adam və Betmen kimi məşhur personajlarını yaratmışdır.
22 fevral 2010-cu ildə "Əməliyyat komiksləri"nin ilk sayının nüsxəsi xərracda 1 milyon ABŞ dollarına satılmışdır.
Loqolar
1977-2005
1983 variant loqo
2005-2012
2012-2016
2016-h.h
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, DC Comics haqqında məlumat. DC Comics nədir? DC Comics nə deməkdir?
