Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Enki — Qədim Şumer mifologiyasında su, müdriklik, sehr, sənətkarlıq və yaradılış tanrısıdır. O, eyni zamanda insanları qoruyan və tanrıların gizli planlarına qa

Enki

  • Ana Səhifə
  • Vikipediya
  • Enki

Enki — Qədim Şumer mifologiyasında su, müdriklik, sehr, sənətkarlıq və yaradılış tanrısıdır. O, eyni zamanda insanları qoruyan və tanrıların gizli planlarına qarşı çıxan tanrı kimi də tanınır.

Enki
Mifologiya Qədim Mesopotamiya dini[d]
Təsir sahəsi Eredu
Cinsi kişi[d]
Qardaşı və bacısı Enlil
Digər mədəniyyətlərdə Ea, Pallant
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Mənşə və adının etimologiyası

Şumer dilində "Enki" adı "Yer Rəbbi" mənasına gəlir ("En" – rəb, "Ki" – yer). Akkadlarda isə o, "Ea" adlandırılır və bu ad "evin suyu" və ya "evin sahibi" kimi şərh olunur. Onun adı ilə bağlı müxtəlif tədqiqatlar aparılmışdır. Bəziləri Enki adının türk dilləri ilə fonetik və leksik uyğunluq təşkil etdiyini qeyd etmişdir.

Ailəsi

Enki, göy tanrısı An ilə dəniz tanrıçası Nammu-nun oğludur. O, hava tanrısı Enlil və yeraltı aləmin ilahəsi Ereşkigal ilə bacı-qardaşdır. Enkinin həyat yoldaşı Damkina; Marduk, Dumuzid, Ninsar, Ninkurra, Uttu, Ninti isə uşaqlarıdır.

Əfsanələrdə rolu

Enuma Eliş (Yaradılış dastanı) – Babilin yaradılış dastanı olan "Enuma Eliş"də Enki mühüm rol oynayır. O, ilk xaos tanrıları Apsu və Tiamatın planlarını pozaraq, tanrıların həyatını qoruyur. Sonradan oğlu, Marduk, Tiamatla mübarizəyə girərək yeni dünya yaradır.

Ziusudra və daşqın – Enki bəşəriyyətə qarşı böyük daşqın planlaşdırıldığını öyrənir və Ziusudra adlı saleh insana xəbərdarlıq edərək onu xilas edir. Bu mif, sonradan Babil dastanlarında Utnapiştim, Bibliyada Nuh əfsanəsi ilə paralel olaraq təqdim olunur.

Tarixi

Enkiyə ibadət təqribən e.ə. 4-cü minillikdə başlamışdır. Onun əsas mərkəzi Eredu şəhəri idi. Arxeoloji qazıntılar göstərir ki, burada Enkiyə həsr edilmiş çoxsaylı məbədlər mövcud olub. Eredu, Mesopotamiyanın ən qədim şəhərlərindən biri hesab edilir. Burada ilk məbəd kompleksi məhz Enki üçün inşa olunmuşdur.

Eredudakı E-Abzu ("Abzu Evi") Enkinin su ilə olan əlaqəsini göstərir. Bu məbəd həm arxeoloji baxımdan, həm də dini baxımdan Mesopotamiya sivilizasiyanın ilkin mərhələsində böyük rol oynamışdır. E-Abzu məbədi mərtəbəli, su iıə əlaqəli tikili olub, sonralar zikkuratlara ilham vermişdir.

Enkinin təsviri

Enki ənənəvi olaraq su axını içində təsvir olunur. Adətən çiyinlərindən iki çay axır: Dəclə və Fərat. Bu, onun məhsuldarlıq və su ilə olan əlaqəsini vurğulayır. O, tez-tez balıq, su qabı, tısbağa və ya əjdaha ilə birlikdə təsvir edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Enki haqqında məlumat. Enki nədir? Enki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Abşeron rayonu

  • Fevral 27, 2026

    Audiovizual əsər

  • Fevral 27, 2026

    Sumuq qala

  • Fevral 27, 2026

    Moderatus (Qadesli)

  • Fevral 27, 2026

    Ənvər Məmmədxanlı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst