Anar Aqil oğlu Tağıyev (25 mart 1981, Bakı) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı (2019).
| Anar Tağıyev | |
|---|---|
| |
Vəzifədədir | |
| 31 oktyabr 2019-cu ildən | |
| Əvvəlki | Qoca Səmədov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 25 mart 1981 (44 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Təltifləri | |
Həyatı
Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir.
Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır.
2006–2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008–2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010–2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011–2019-cu illərdə isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəsi
Ailəlidir, 3 övladı var.
Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinə müdir müavini Teymur Tağıyevin qardaşı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anar Tağıyev haqqında məlumat. Anar Tağıyev nədir? Anar Tağıyev nə deməkdir?
