Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Donatello (it. Donato di Niccolò di Betto Bardi; təq. 1386[…], Florensiya, Florensiya Respublikası – 13 dekabr 1466, Florensiya, Florensiya Respublikası) — İnti

Donatello

  • Ana Səhifə
  • Vikipediya
  • Donatello

Donatello (it. Donato di Niccolò di Betto Bardi; təq. 1386[…], Florensiya, Florensiya Respublikası – 13 dekabr 1466, Florensiya, Florensiya Respublikası) — İntibah dövrü italyan heykəltaraşı.

Donatello
it. Donatello
Uffitsi qalereyasında Donatellonun heykəli
Uffitsi qalereyasında Donatellonun heykəli
Doğum adı it. Donato di Niccolò di Betto Bardi
Doğum tarixi 1386
Doğum yeri Florensiya
Vəfat tarixi 13 dekabr 1466 (79–80 yaşında)
Vəfat yeri Florensiya
Dəfn yeri
  • San-Lorentso bazilikası[d]
Fəaliyyəti heykəltaraş, rəssam
Janrlar dini incəsənət[d], portret, mifologiya rəssamlığı
Tələbələri Nanni di Banko
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1386-cı ildə Florensiyada dünyaya gəlib. O, erkən intibah dövründə Donatello adıyla tanınırdı və İtaliyanın görkəmli rəssam-heykəltaraşı olmuşdur. Əsasən İncil motivləri əsasında hazırladığı heykəllər, barelyeflərlə məşhurdur.

Erkən dövr həyatı

Donatellonun atası, Niccolo di Betto Bardi "Florensiya yun darayıcılıları gildiyası"nın üzvü idi. 1386-cı ildə Florensiyada dünyaya gəlib. Donatello Martelli ailəsinin evində təhsil alıb. İlkin sənət təhsilini zərgər emalatxanasında aldıqdan sonra Lorenso Gibertinin studiyasında çalışır.

1404-1407-ci illərdə Fillipo Brunelleski ilə Romada bir sıra qazıntılar və axtarışlardan apardıqdan sonra onların hər ikisi xəzinə axtaran şəxs kimi nüfuz qazanır. Maddi təminatı üçün isə Donatello zərgər dükanında işləməyə başlayır. Qədim Roma mədəniyyətinin davamçısı olmağı 15-ci əsrdə İtaliyanın incəsənətində həll edici rol oynamışdır. Məhz bu dövrdə Brunelleski Panteonun günbəzi və digər Roma məbədlərinin ölçülərini hesablamışdır. Brunelleskinin inşa etdiyi binalar və Donatellonun hazırladığı heykəllər intibahın ən mükəmməl əsərləri hesab olunur və müasirləri arasında güclü təsir oyadır.

Florensiyadakı fəaliyyəti

Donatello Florensiyada Lorenso Gibertiyə Florensiya Baptisterisinin şimal divarına qoyulacaq müqəddəslərin heykəllərinin hazırlanmasında kömək edir. 1409-1411-ci illərdə müqəddəs İohanın oturmuş pozada təsvir olunan nəhəng heykəlini hazırlayır. 1588-ci ilədək köhnə kafedral cəbhəsində bir hissədə yerləşdirilir, sonradan Museo dell'Opera del Duomo-ya köçürülür. Bu sənət əsərində son dövr qotikanın formalaşmasında mühüm addım sayılır.

1411-1413-cü illərdə Donatello Müqəddəs Markın Orsanmikel kilsəsində yerləşdirilmiş heykəli üzərində çalışır. 1417-ci ildə zireh hazırlayanların konfreriyası üçün Müqəddəs Georginin heykəlini tamamlayır. Müqəddəs Georgi və əjdaha barelyefi baza üzərində qurulub. O, mərkəzi nöqtəli prespektivin ilk nümunəsi hesab olunur.

1415-1426-cı illər ərzində Donatello Florensiya kilsəsinin zəng qülləsində yerləşdiriləcək 5 heykəl düzəldib. Bunlar:

  1. Saqqalsız Peyğəmbər (1415)
  2. Saqqallı Peyğəmbər (1415)
  3. İsanın qurbanı (1421)
  4. Habakkuk (1423-1426)
  5. Yeremiah (1423-1426) heykəlləridir.

Onların hər birində klassik heykəl modeli və xarakterizə edilən ciddi portret detalları mövcuddur.

Paduedəki fəaliyyəti

Donatello 1444-cü ildə Qattamelatanın bürüncdən tökmə heykəlini hazırlamaq üçün Padueyə çağırılır. Hazırda bu heykəl Müqəddəs Antoni kilsəsinin qarşısında dayanır. İtaliyada bir daha bu qədər mükəmməl, canlı, nəhəng heykəl hazırlanmayıb. Heykəltaraş 1456-cı ilədək Paduedə fəaliyyət göstərir. Şagirdlərinin köməyi ilə Müqəddəs Antoni kilsəsinin bəzədilməsi üçün daha bir neçə sənət işi hazırlayır. Onların içərisində ən çox diqqəti cəlb edən barelyeflər olub. Barelyeflərin mövzusu Paduenin müqəddəslərinin həyatından alınıb. 1457-ci ildə Donatello yenə Florensiyaya qayıdır. Burada Müqəddəs İohan Baptistin heykəli üzərində çalışır. O, Baptisti bir çox relyeflərdə müxtəlif yaş qruplarında təsvir edir. Barcello muzeyindəki İohanın mərmər heykəli digərlərindən xüsusilə fərqlənir. Donatello eyni bir əsərdə eneji, müqəddəslik görkəmi, gücü birləşdirə bilirdi.

Əsas sənət işləri

  1. Müqəddəs Mark (1411-1413)
  2. Müqəddəs Georgi və əjdaha (~ 1415-1417)
  3. Mariya Maqdalenanın bağışlanması (~1454)
  4. Peyğəmbər Habakuk (1423-1425)
  5. David (~1425-1430)
  6. Qattamelatanın tunc heykəli (1445-1450)
  7. Məryəmin müjdələnməsi (~1435)
  8. Herod bayramı (1425-1427)
  9. Müqəddəs Yəhya (1438)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Donatello haqqında məlumat. Donatello nədir? Donatello nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmam Cavad

  • Fevral 27, 2026

    Eunus

  • Fevral 27, 2026

    Qt

  • Fevral 27, 2026

    Enkidu

  • Fevral 27, 2026

    Kuçan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst