Metro-Goldwyn-Mayer (Qısaldılmış forması: MGM, tələffüz edilir: Em-Ci-Em) – ABŞ media şirkətidir. Hollivud şəhərindəki bir sıra studiyalara rəhbərlik edir. Təxminən, bu şirkətin çəkdiyi filmlər 205 Oskar mükafatına layiq görülmüşdür. 15 film isə "Ən yaxşı film" mükafatına layiq görülmüşdür.
| Metro-Goldwyn-Mayer | |
|---|---|
| Metro-Goldwyn-Mayer | |
| |
| |
| Ümumi məlumatlar | |
| Sənaye | kino istehsalı |
| Təsis tarixi | 17 aprel 1924 |
| Baş qərargahın yeri | |
| Struktur | |
| Ana şirkət | Amazon MGM Studios[d] |
| Tərəfdaşlar | Orion Pictures[d] |
| mgm.com | |
Tarixi
Metro-Goldwyn-Mayer media şirkətinin əsası 1924-cü ildə ABŞ-də Markus Lou tərəfindən qoyulmuşdur. Media şirkəti "Metro Pictures", "Goldwyn Pictures" və "Louis B. Mayer Pictures" şirkətlərinin birləşməsindən yaranmışdır. Metro-Goldwyn-Mayer şirkəti Ceyms Bond haqqında filmlər çəkmişdir. Metro-Goldwyn-Mayer media şirkətinin rəhbərlik etdiyi "MGM Cartoon Department" şirkəti animasiya filmləri istehsal edir.
Seçilmiş filmlər
| İl | Film |
|---|---|
| 1939 | Oz ölkəsinin cadugəri |
| 1939 | Küləklə sovrulanlar |
| 1940 | Filadelfiya əhvalatı |
| 1944 | Qaz işığı |
| 1959 | Ben-Hur |
| 1960 | Bağışlanmamış |
| 1961 | Bir, iki, üç |
| 1964 | Yaşasın Las-Veqas |
| 1984 | Terminator |
| 1985 | Amerikalı nindza |
| 1990 | Qaranlıq mələyi |
| 1992 | Bir dəfə cinayətdə |
| 2002 | Məni sevə-sevə öldür |
| 2006 | Əsas instinkt 2 |
| 2008 | Mərhəmət kvantı |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Metro-Goldwyn-Mayer haqqında məlumat. Metro-Goldwyn-Mayer nədir? Metro-Goldwyn-Mayer nə deməkdir?

