Böyük Kirs — Azərbaycan Respublikasında dağ. Qarabağ silsiləsində ən hündür zirvələrdən biridir. Xocavənd və Şuşa rayonları sərhədindədir. Orta Yuranın vulkanogen-çökmə suxurlarından ibarətdir. Azərbaycan mənbələrinə görə dağın hündürlüyü 2725 metr. Ermənistan mənbələrinə görə isə 2724.6 metrdir. Zirvədən Allı çayı başlayır.
| Böyük Kirs | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Dağ silsiləsi | Qarabağ silsiləsi |
| Mütləq hündürlüyü | 2725 m |
| Yerləşməsi | |
| 39°38′51″ şm. e. 46°44′45″ ş. u.HGYO | |
| Ölkə | |
| Region |
|
| Rayonlar | |
![]() Böyük Kirs | |
Toponimikası
Kiçik Kirs oronimindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Kirs toponimik termin kimi "şiş təpə, sıldırım dağ" mənalarında işlənir.
Qalereya
Böyük Kirs dağının Şuşa rayonundan qış fəslində görünüşü.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyük Kirs haqqında məlumat. Böyük Kirs nədir? Böyük Kirs nə deməkdir?
