Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəlləq döyüşü (ərəb. معركة الزلاقة‎) — Murabitilərlə İspaniyadakı xristian krallıqları arasında 23 oktyabr 1086-cı ildə baş vermiş hərbi münaqişə.

Zəlləq döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Zəlləq döyüşü

Zəlləq döyüşü (ərəb. معركة الزلاقة‎) — Murabitilərlə İspaniyadakı xristian krallıqları arasında 23 oktyabr 1086-cı ildə baş vermiş hərbi münaqişə.

Zəlləq döyüşü
Zəlləq döyüşünü təsvir edən miniatüra
Tarix 23 oktyabr 1086
Yeri
  • Badaxos[d]
Nəticəsi Murabitilərin qəti zəfəri.
Münaqişə tərəfləri

Leon, Kastiliya, Araqon

Əlmurabitilər, Seviliya tayfası, Badaxos tayfası, Qranada tayfası, Almeriya tayfası, Malaqa tayfası

Komandan(lar)

VI Alfonso, Alvar Fanyes, Sanço Ramirez

Yusif ibn Taşfin, əl-Mutəmid ibn Abbas, əl-Mütəvəkkil, Abdulla

Tərəflərin qüvvəsi

2,500 əsgər

Kastiliya ordusundan üç dəfə çox.

İtkilər

naməlum

naməlum

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Döyüş öncəsi

    23 oktyabr 1086-cı ildə murabitlər və İspaniyadakı müsəlman əmirliklərinin birləşmiş qüvvələri ilə Kastiliya krallığının qoşunları arasında Zəlləq döyüşü baş verib. Murabit bugünkü İspaniya və Fəs torpaqlarında orta əsrlərdə mövcud olmuş güclü dövlət və bu dövləti qurmuş xalqın adıdır. XI əsrdən etibarən pireneylilərin yarımadanı zəbt etmiş müsəlmanlara qarşı təzyiqi artdığından əmirliklər getdikcə zəifləyirdi. Bu səbəbdən murabitlərin başçısı Yusif ibn Tafşin Sevilya, Badaxos və Qranada müsəlman əmirliklərinin çağırışı ilə Pireneydəki yerli xristianlara, xüsusilə də Kastiliya krallığına qarşı vuruşmağa gəlmişdi. Onlar isə bu fürsətdən istifadə edərək həm döyüşdəki əsas komandanlığı həyata keçirmək, həm də torpaq ələ keçirmək niyyətində idi. Döyüş zamanı murabitlərə Yusif ibn Tafşin, Pireney əmirliklərinə Mutəmid başçılıq edirdi. Kastiliya qoşunlarına kral VI Alfonso komandanlıq edirdi. O, müttəfiqlərə qarşı tab gətirmək üçün qonşu Leon krallığından yardım istəmişdi. Döyüşdən öncə Tafşin ibn Yusif kral Alfonsonun qarşısına üç şərt qoymuşdu: İslamı qəbul etmək, təslim olmaqla cizyə vermək və döyüşmək. Alfonso döyüşmək qərarına gəlir.

    Döyüşün gedişi

    Cümə günü sübh tezdən Kastiliya ordusu hücuma keçir. Yusif qoşunu 15, 11 və 4 minlik əsgərdən ibarət 3 bölüyə ayırmışdı. Birinciyə Sevilya əmiri Mutəmid, ikinciyə isə özü başçılıq edirdi. Üçüncü bölükdə hind qılıncı və mizraqları ilə silahlanmış zənci Afrika döyüşçüləri vuruşurdu. Alfonsonun hücumu Mutəmidin bölüyünə qarşı baş vermişdi. Döyüşün ən qızğın hissəsi bu bölüklər arasında baş vermiş, axşamadək davam etmişdi. Qoçaq müsəlman sərkərdəsi Mutəmid döyüşdə yaralansa da, güclü hücum qarşısında tab gətirərək ordunun birliyini saxlaya bilmişdi. Günortadan sonra kastiliyalıların bir hissəsini yox edən Yusif ibn Taşfin yaralı Mutəmidin köməyinə gələrək kral Alfonsonun qoşununu arxadan mühasirəyə alır. Artıq döyüşün taleyi həll olunmuşdu. Kastiliyalılar az zaman içində məhv edilir. Kral Alfonso ayağını itirsə də, döyüşdən sağ çıxa bilir. Murabit-əmirlik ittifaqı qələbə qazanır.

    Nəticə

    Kastiliyanın itkiləri barədə müəmmalı məlumatlar mövcuddur. Ən geniş yayılanı budur ki, 60 minlik ordunun 59.500-ü məhv edilmiş, cəmi 500-ü sağ qalmış, onlardan isə 100 nəfəri Kastiliyaya çata bilmişdi. Bu məlumat müasir tarixçilər tərəfindən şişirdilmiş hesab olunur. Ağlabatan ikinci versiyaya görə, 14 minlik Kastiliya ordusunun yarıdan çoxu qırılmış, kral Alfonso və bəzi aristokratlar sağ qala bilmişdi. Murabitlər də az itki verməmişdi. İtkinin çoxluğuna görə onlar geri çəkilməli olmuş, bu səbəbdən döyüşün nəticəsi olaraq Kastiliya krallığı geniş ərazi itirməmişdi.

    "Zəlləq" sözünün mənası

    Döyüşün baş verdiyi yeri ispanlar Saqraxas adlandırır. Həmin döyüşün digər adı da elə buradan yaranıb. Zəlləq isə yer adı deyil, ərəbcədən "sürüşkən yer" mənasını verir. Döyüş o qədər qanlı keçmişdi ki, yerə axan qanın çoxluğundan əsgərlərin ayağı tez-tez sürüşdüyünə görə ona belə ad verilmişdi.

    Ədəbiyyat

    • Dupuy, R. Ernest and Trevor N. Dupuy, The Harper Encyclopedia of Military history, HarperCollins Publishers, 1993.
    • France, John, Western Warfare in the Age of the Crusades, 1000-1300 (Ithaca: Cornell University Press, 1999), ISBN 0-8014-8607-6
    • Heath, I. (1989). Armies of Feudal Europe 1066-1300 (2nd ed.). Wargames Research Group.
    • Kennedy, H. (1996). Muslim Spain and Portugal: A political history of al-Andalus. London: Longman.
    • Lewis, David Levering, God's Crucible: Islam and the Making of Europe, 570 to 1215 (New York: W & W Norton Inc, 2008), ISBN 0-393-06472-7.
    • Livermore, H. V.(1966) A New History of Portugal. Cambridge University Press.
    • Nicolle, D.(1988) El Cid and the Reconquista 1050-1492 (Men-at-Arms 200). Osprey.
    • Smith, C.(1989-92) Christians and Moors in Spain, Aris & Phillips

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəlləq döyüşü haqqında məlumat. Zəlləq döyüşü nədir? Zəlləq döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 26, 2026

      Rosaceae

    • Fevral 28, 2026

      Dəniz samuru

    • Fevral 27, 2026

      VI Çarlz

    • Fevral 23, 2026

      6 may

    • Fevral 25, 2026

      Uzun Həsən

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst