Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Helikopter heroqlifləri — qədim Misirin Abidos şəhərində yerləşən I Seti məbədində aşkar edilmiş heroqliflərə verilən ad. Bu təsvirlər firon I Setinin məbədində

Helikopter heroqlifləri

  • Ana Səhifə
  • Vikipediya
  • Helikopter heroqlifləri

Helikopter heroqlifləri — qədim Misirin Abidos şəhərində yerləşən I Seti məbədində aşkar edilmiş heroqliflərə verilən ad. Bu təsvirlər firon I Setinin məbədindəki heroqlif yazılarında tapılmışdır və diqqəti ən çox çəkən cəhət onların müasir texnologiyalara – helikopter, sualtı qayıq, təyyarə və digər vasitələrə bənzəməsidir. Bu təsvirlər alimlər və konspirasiya nəzəriyyəçilərin müzakirələrinə səbəb olmuşdur.

"Helikopter" və I Seti ilə II Ramzesin əsl heroqlifləri.

Mündəricat

Heroqliflər

Abidos şəhəri qədim Misir mədəniyyətində mühüm bir mərkəz idi və ölüm, həmçinin yenidən doğuş tanrısı Osirisə həsr olunmuşdu. Şəhər dini mərasimlərin və ayinlərin keçirildiyi müqəddəs bir məkan kimi tanınırdı. E.ə. XIII əsrdə inşa edilmiş I Seti məbədi Abidosda tikilmiş ən böyük və ən möhtəşəm məbədlərdən biri olmaqla yanaşı, qədim Misir memarlığının və mədəniyyətinin nadir nümunələrindən biri hesab edilir.

Məbədin divarları qədim Misirin gündəlik həyatını, inanclarını və mifoloji təsəvvürlərini əks etdirən heroqliflərlə bəzədilmişdir. Bu yazılardan bir qrupu, xüsusi olaraq, müasir nəqliyyat vasitələrinə bənzər təsvirləri ilə fərqlənir. Helikopter, təyyarə və sualtı qayıq kimi təsvirlərin varlığı bu yazıların geniş elmi müzakirələrin mövzusu olmağına səbəb olmuşdur.

Fərziyyələr

Arxeoloqların və Misirşünasların əksəriyyəti bu təsvirlərin təkrar oyma proseslərinin nəticəsi olduğunu iddia edir. İlk yazılar zamanla zədələnmiş, yenidən işlənmiş və nəticədə optik illüziya yaradan təsvirlər meydana gəlmişdir.

Konspirasiya nəzəriyyələrə və psevdoelmə görə, bu təsvirlər qədim sivilizasiyaların inkişaf etmiş texnologiyalarını göstərir və onların yadplanetli ziyarətçilərlə əlaqəsinin sübutu ola bilər. Belə fikirlər qədim dünyanın yadplanetlilər tərəfindən ziyarət olunduğunu və bu texnologiyaların onlardan mənimsənildiyini irəli sürür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Helikopter heroqlifləri haqqında məlumat. Helikopter heroqlifləri nədir? Helikopter heroqlifləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Çobanyastığı

  • Fevral 27, 2026

    Etimologiya

  • Fevral 27, 2026

    Əsr

  • Fevral 18, 2026

    Şənbə

  • Fevral 27, 2026

    Müğənni

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst