Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vertolyot və ya helikopter — şaquli hərəkət edən, havada dayana bilən və istənilən istiqamətdə hərəkət etmək imkanına malik olan aerodinamik uçuş aparatı. Lazım

Helikopter

  • Ana Səhifə
  • Vikipediya
  • Helikopter

Vertolyot və ya helikopter — şaquli hərəkət edən, havada dayana bilən və istənilən istiqamətdə hərəkət etmək imkanına malik olan aerodinamik uçuş aparatı. Lazımi qaldırıcı qüvvə reaktiv və ya porşenli mühərriklə hərəkətə gələn pərlər vasitəsilə əldə edilir.

Vertolyot 1922
Caddebostan, Kadıköydə vertolyot
"Apache" hücum vertolyotu

Mündəricat

Adının etimologiyası

Iranian HH-43 Huskie.

Vertolyot sözü ilk dəfə 1929-cu ildə Nikolay Kamov tərəfindən istifadə edilmişdir. "Vertikal" və rus dilində uçmaq mənasını verən "letat" (летать) sözlərinin birləşməsindən yaranmışdır.

Həmçinin, "helikopter" sözü XIX əsrin sonlarında fransız dilində istifadə olunmağa başlamış və öz növbəsində yunan dilindəki hélikos — spiral, vint və pterón — qanad sözlərinin birləşməsindən yaranmışdır.

Azərbaycan xalq yazıçısı Anar "helikopter" sözünə "dikuçar" azərbaycanca qaşılığı təklif eləmişdir.

Uçuş prinsipi

Təbii ki, vertolyotun icadından bu yana uçuşu asanlaşdıracaq bir çox sistem inkişaf etdirilmişdir, lakin mahiyyət etibarilə bütün vertolyotların uçuş prinsipi eynidir. Pərlər süni burulğan yaradaraq vertolyotu yuxarı qaldırır.

Pərlər vertolyotun mühərrikinin təsiri ilə fırlanır, təyyarə qanadlarında da olduğu kimi onların altından və üstündən keçən hava axınlarının qət etdiyi məsafə fərqlidir. Üstdən keçən hava daha sürətli, altından keçən hava daha yavaş hərəkət etmək məcburiyyətində qalır. Daha sürətli hərəkət edən hava daha az təzyiq meydana gətirir. Eyni şəkildə pərin altından keçən hava, daha az səth qət etdiyindən daha yavaş hərəkət edib daha yüksək təzyiq meydana gətirir.

Bernulli qanununa görə iki səthdə yaranan bu təzyiq fərqi nəticəsində qanad üzərində qüvvətli təzyiqdən az təzyiqə doğru, yəni aşağıdan yuxarıya doğru bir qaldırma qüvvəsi meydana gəlir. Bu qaldırma qüvvəsi həm təyyarədə, həm də vertolyotda uçmağı təmin edən əsas qüvvədir.

Daha sadə bir şəkildə izah etsək, vertolyotun mühərriki pərləri fırladır, onlar hava içində hərəkət etdikləri üçün üst səthlərində alçaq təzyiq, alt səthlərində isə yüksək təzyiq meydana gəlir. Bu təzyiq fərqi də daşıma qüvvəsini meydana çıxarır. Daşıma qüvvəsi vertolyotun ağırlığına bərabər olduğunda vertolyot havada sabit dayanır, böyük olduğu zaman vertolyot şaquli olaraq yüksəlir, daha az olduğu zaman isə şaquli olaraq alçalır.

Həmçinin bax

  • Helikopter gəmisi
  • Helikopter heroqlifləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Helikopter haqqında məlumat. Helikopter nədir? Helikopter nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ceyms Vatt

  • Fevral 28, 2026

    III Tiqran

  • Fevral 25, 2026

    Cənnət

  • Fevral 23, 2026

    Noyabr

  • Fevral 27, 2026

    Açıq kod

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst