Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əmtəə — İqtisadi nəzəriyyədə müştərilərin istəklərini qarşılayan və faydalılıq təmin edən məhsul və xidmətlərdir. Əsasən əmtəələr və xidmətlər fərqləndirilir.

Əmtəə

  • Ana Səhifə
  • Vikipediya
  • Əmtəə

Əmtəə — İqtisadi nəzəriyyədə müştərilərin istəklərini qarşılayan və faydalılıq təmin edən məhsul və xidmətlərdir. Əsasən əmtəələr və xidmətlər fərqləndirilir.

İqtisadi nəzəriyyədə bütün əmtəələr maddi hesab edilsə də, həqiqətdə informasiya (və ya Məlumat) kimi əmtəələr qeyri-maddi əmtəələrdir. Misal üçün, digər əmtəələr arasında Alma maddi obyekt olsa da, xəbər qeyri-maddi sinif əmtəələrə aiddir və yalnız Kompüter, Mətbəə kimi alətlər vasitəsilə qavranıla bilir.

Mündəricat

Əmtəələrin faydalılıq xarakteristikası

Əmtəələr öz faydalılığını artıra və azalda bilər və ya marjinal faydalı əmtəə kimi təsvir edilə bilər. Atmosfer kimi bəzi şeylər faydalıdır amma iqtisadi dəyəri yoxdur. Bunlar "pulsuz əmtəələr"ə daxildirlər. İqtisadi nəzəriyyədə pis yaxşının əksidir. Belə ki, hər hansı bir obyektin yaxşı və ya pis olması onun fərdi istehlakçısından asılıdır və buna görə də bütün əmtəələrin hər zaman yaxşı olmadığını anlamaq önəmlidir.

Əmtəələrin növləri

Əmtəələr fərqli xarakteristikalarına görə maddilik və ya nisbi elastiklik kimi müxtəlif kateqoriyalara bölünürlər. Alma kimi maddi əmtəə informasiya kimi qeyr-maddi əmtəədən insanın ikincini fiziki tuta bilməsinin qeyri-mümkünlüyü baxımından fərqlənir, halbuki, birinci müəyyən fiziki sahəni tutur. Qeyri-maddi əmtəələr xidmətlərdən o baxımdan fərqlənir ki, qeyri-maddi əmtəələr ötürülə və satılıb-alına bilinir.

Qiymət elastikliyi də əmtəələrin növlərini fərqləndirir. Elastik əmtəə qiymətdəki kiçik dəyişiklik səbəbiylə kəmiyyətdəki böyük dəyişikliklərin olduğu əmtəədir və buna görə də, əvəzedici əmtəələr ailəsinə aiddir; məsələn, qələmin qiyməti qalxan kimi istehlakçılar karandaş almağa üstünlük verəcəklər. Qeyri-maddi əmtəə az və əvəzedicisi olmayan, yarış biletləri, rəssamın orijinal əsəri və insulin kimi tibbi təlimat kimi əmtəədir. Tamamlayıcı əmtəələr əvəzedicisi olan əmtəələrdən daha qeyri-elastikdir. Hansı əmtəənin əvəzedici, hansının tamamlaycı olduğu digər əmtəələrlə əlaqəsindən asılıdır.

Aşağıdakı qrafik əmtəələrin ekslyuzivliyinə və rəqabətliliyinə görə sinifləşdirilməsini göstərir.

Kənarlaşdırıla bilənKənarlaşdırıla bilinməyən
RəqabətliŞəxsi əmtəələr
yemək, maşın
Ümumi əmtəələr
balıq ehtiyatları, kömür
RəqabətsizKlub əmtəələr
kinoteatrlar, peyk televiziyası
İctimai əmtəələr
hava, milli müdafiə

Həmçinin bax

  • Əmtəə birjası
  • Əmtəə fetişizmi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əmtəə haqqında məlumat. Əmtəə nədir? Əmtəə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Manna dili

  • Fevral 25, 2026

    Məhərrəmkənd rayonu

  • Fevral 27, 2026

    Kaşan şəhristanı

  • Fevral 27, 2026

    Adriano Korrea

  • Fevral 27, 2026

    Samosir adası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst