Qısayarpaq yukka (lat. Yucca brevifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
| Qısayarpaq yukka | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qısayarpaq yukka | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Təbii yayılması
ABŞ-da, Yutanın cənub-qərbindən Kaliforniyanın ortalarınadək yayılmışdır.
Botaniki xarakteristikası
Hündürlüyü 4-9 m, gövdəsinin diametri 50 sm-ə qədər olan, çox şaxələnmiş budaqsız kiçik ağac və ya koldur. Gövdəsinin yerə yaxın hissəsi yoğundur. Yarpaqları lansetvari, sərt, üst tərəfi çökək, kənarları xırda iti dişli, uzunluğu 20-35 sm, eni 7-25 mm-dir. Yaşıl, göyümtül, oxşəkilli-xətvari yarpaqları gövdənin ucunda dəstəyə yığılmışdır. Süpürgə çiçək qrupunun oxu tüklüdür, çiçəkləri sıx, yaşılımtıl ağdır, çiçək saplağı qısadır. İyul-avqust aylarında çiçək açır. Gövdə zoğları, bəzən də toxumla çoxaldılır. Çoxşaxələndiyinə görə gövdədən ayrılan hissələr ilə də çoxaltmaq mümkündür.
Ekologiyası
Quraqlığadavamlı və torpağa qarşı tələbkardır. Abşeronda yayda çox az suvarılmaqla yaxşı böyüyür. Qışı zərər çəkmədən keçirir.
Azərbaycanda yayılması
Abşeronda və digər rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
Dekorativ bitkidir. Bağlarda vəparklarda daha geniş istifadə oluna bilər.
Sinonimləri
Homotipik sinonimləri
- Clistoyucca brevifolia (Engelm.) Rydb.
- Sarcoyucca brevifolia (Engelm.) Linding.
Heterotipik sinonimləri
- Clistoyucca arborescens (Torr.) Trel.
- Yucca arborescens (Torr.) Trel.
- Yucca brevifolia var. herbertii (J.M.Webber) Munz
- Yucca brevifolia f. herbertii J.M.Webber
- Yucca brevifolia subsp. herbertii (J.M.Webber) Hochstätter
- Yucca draconis var. arborescens Torr.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qısayarpaq yukka haqqında məlumat. Qısayarpaq yukka nədir? Qısayarpaq yukka nə deməkdir?
