Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şidli — İrəvan quberniyasının İrəvan qəzasında, Vedibasar mahalında, indiki (Ararat) Vedi rayonunda kənd.

Şidli

  • Ana Səhifə
  • Vikipediya
  • Şidli

Şidli — İrəvan quberniyasının İrəvan qəzasında, Vedibasar mahalında, indiki (Ararat) Vedi rayonunda kənd.

Şidli
39°49′40″ şm. e. 44°38′14″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 18,51 km²
Mərkəzin hündürlüyü 820 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.420 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Şidli xəritədə
Şidli
Şidli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Şidli rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik xəritəsində qeyd edilmişdir

M. Kalankatuklu "Alban tarixi" əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir. Bu əsərin "Qeydlər və şərhlər" hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan sonra ikinci hökmran sayılırdı. L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında "İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr "şad" çağrılırdılar və şad titulunu "şimal hökmdarı" Cabqu xanın qardaşları daşımışlar. "Şad" sözü qədim türk dilində "hərbi rütbə" mənasında işlənmişdir.

Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb "Şidli" kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yexeqnavan qoyulmuşdur.

Toponimi

Mənbədə Şidlu kimidir. Yerli tələffüz forması: Şidli. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Vedi nahiyəsində Qarauca=Şetli, Haranlı=Şetli və Kunsulu=Şetli adlı üç Şetli kəndi vardı. XIX əsrdə Tiflis quberniyasının Şorapan qəzasında Çidili kəndi [133, 281] və Azərbaycanda Çidibaş (Zaqatala r-nunda dağ adı) toponimləri ilə mə’naca eynidir. Qədim türk dillərində çit-"böyür", "hüdud" sözündəndir.

Əhalisi

Kənddə 1831-ci ildə 263 nəfər, 1873-cü ildə 806 nəfər 1886-cı ildə 823 nəfər, 1897-ci ildə 992 nəfər, 1904-cü ildə 77 nəfər, 1914-cü ildə 855 nəfər, 1916-cı ildə 842 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşlar. İndiki Ermənistande Sovet hökuməti qurulandan sonra kəndin sakinləri doğma yurdlarına dönmüşdür. 1922-ci ildə 571 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 470 nəfər, 1972-ci ildə 1357 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən qovulmuşdur. İndi burada təkcə ermənilər yaşayır.

Tanınmışları

  • Zöhrab Mirzəyev —
  • Zahid Əliyev — 20 Yanvar şəhidi.
  • Əyyub Abdullayev — 20 Yanvar şəhidi. Əbülfət Hüseynov Şəhid . Etibar Fərəcov şəhid . Elmar Etibarin dayisi Məhərrəmov şəhid. Ajdər Hüseynov şəhid.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şidli haqqında məlumat. Şidli nədir? Şidli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Boyan mədəniyyəti

  • Fevral 27, 2026

    Poçt markası

  • Fevral 28, 2026

    Sarıyaqub

  • Fevral 26, 2026

    Qara Dərviş

  • Fevral 27, 2026

    Xalça məmulatları

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst