Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Siyasət (qədim yunanca: πολολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər forma

Siyasi

  • Ana Səhifə
  • Vikipediya
  • Siyasi

Siyasət (qədim yunanca: πολολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir

Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir.

Mündəricat

Etimologiya

"Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" (yun. πόλις) sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir. Siyasət sözünü müasir zamanda cəmiyyət daxilində aparılan məqsədyönlü bir iş kimi başa düşmək olar.

Politologiya elmində "siyasət" termini siyasi və dövlət hakimiyyəti uğrunda mübarizə kimi qəbul edilir.

Siyasi fəaliyyət

Siyasətin əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan əlaqələr təşkil edir. O cəmiyyətdəki müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti üzrə olan fəaliyyətini idarə edir. Səciyyəvi cəhət budur ki, siyasi fəaliyyətdə hər bir sosial qrup özünün sosial mənafelərini reallaşdırmağa çalışır.

Siyasi fəaliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır. Bu fəaliyyət prosesində siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür. Spesifik fəaliyyət sahəsi olan siyasətin məzmununa dövlət işlərində, onun istiqamətlərinin müəyyən olunmasında, habelə dövlətin fəaliyyətinin mahiyyətinin, formaları və vəzifələrinin aşkar edilməsində iştirak daxildir.

Həmçinin bax

  • Politologiya
  • Siyasi fəlsəfə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Siyasi haqqında məlumat. Siyasi nədir? Siyasi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yer səthi

  • Fevral 27, 2026

    Müzəffərilər

  • Fevral 27, 2026

    Enterosit

  • Fevral 26, 2026

    Udmurtiya

  • Fevral 27, 2026

    Kote Marcanişvili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst