Barlaslar — türk oymağı. Barlasların Mərkəzi Asiyada monqol və sonra türkləşmiş köçəri konfederasiyası olmuşdur. Əsl monqol ordusunun alaylarından birində hərbi köklərə malik olan barlaslar Asiyada iki böyük imperator sülaləsini ortaya çıxartdı: Orta Asiyada və İranda Teymurilər dövləti və onun davamı, Hindistan yarımadasındakı Moğol imperiyası.
Tarixi
Barlas ulusu monqolların tərkibində Orta Asiyaya gəlmişdi. Çingiz xan oğlu Cığatay xana verdiyi tümən əsasən barlaslardan ibarət idi. XIII yüzildə Barlas ulusu erdemtu-barlas və todoen-barlas oymaqlarına bölünürdü.
Barlas ulusunun bir qolu Zahirəddin Mahmud Baburla bərabər Hindistana səfər etdilər.
Əmir Teymur və Barlas ulusu
Əmir Teymur barlas soyundandır. Nəsil şəcərəsinə görə əmir Taraqay Bahadurun oğlu. 1336-cı ildə Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbz kəndində (artıq şəhər statusu alıb) dünyaya gəlib. 7 yaşından babası Hacı Alimin yanında 5 il ərzində mədrəsə təhsili alıb. Kiçik yaşlarından atası Taraqay Bahaduru da qəbilə, tayfa döyüşlərində at belində görmüşdü. 12 yaşında özündən yaşca böyükləri at yarışlarında arxada qoymuş, bəzisini də üzəngidən salmışdı. Türk ordusunun Keş vilayətinə olan yürüşləri buradakı gənclərin əksəriyyətində döyüş ruhunu yüksəltmişdi. Onların hər biri bir elin, elatın cəngavəri, müdafiəçisi idi.
Barlas ulusu əmir Teymurun zamanında ucaldı. Orta Asiyadan Anadoluya qədər vilayətlərə 5 tuğlu barlas əmirləri başçılıq edirdilər.
Əsli və nəsli
- Bodonçar munxaq noyon
- Barin Şexerqetu Xabiçu bahadur
- Bexir bahadur
- Maxa tudun
- Xaçila
- Yekə Barula
- Xaçila
- Maxa tudun
- Bexir bahadur
- Barin Şexerqetu Xabiçu bahadur
Ədəbiyyat
- Рашидиддин. Сборник летописей. М.; Л., 1952. Т. 1. Кн. 1. С. 257.
- Якубовский А. Ю. К вопросу об этногенезе узбекского народа. Ташкент, 1941.
- Захриддин Мухаммед Бабур. Бабур-наме. Ташкент, 1960. С. 232— 236.
- Иванов П. П. Очерки по истории Средней Азии (XVI — середина XIX в.). М., 1958. С. 102, 103.
- Материалы по районированию Средней Азии. Ташкент, 1926. Кн. 1. 4.1. С. 200.
- Кубаков К. О некоторых родоплеменных группах узбеков Верхней Кашкадарьи (вторая
половина XIX — начало XX в.) // Этнографическое изучение быта и культуры узбеков. Ташкент, 1972.
- Джураев Т. Узбекские диалекты Верхней Кашкадарьи. Ташкент, 1969. С. 74.
- Кармышева Б.Х., Очерки этнической истории южных районов Таджикистана и Узбекистана. М.,1976
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Barlaslar haqqında məlumat. Barlaslar nədir? Barlaslar nə deməkdir?