Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Modal sözlər — danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsi. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır.

Modal sözlər

  • Ana Səhifə
  • Vikipediya
  • Modal sözlər

Modal sözlər — danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsi. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır.

Mündəricat

Məna növləri

Təsdiq (yəqinlik) bildirən modal sözlər

Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn:

Əlbəttə ki, düz sözə zaval yoxdur.

Doğrudan da, insan gücü tükənməzdir.

Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s.

" Ehtimal, Güman və şübhə bildirən modal sözlər "

Gərək ki,, görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki. demə və s. Məsələn:

Görünür, düşmən bizim zəif yerimizi bilir.

Gərək ki, sən onu tanıyırsan.

Deyəsən, yağış yağacaq.

Ola bilsin ki, görüşümüz sabah baş tutmadı və s.

Nəticə, ümumiləşdirmə bildirən modal sözlər

Deməli, yaxşı ki, demək, xülasə, beləliklə, ümumiyyətlə, bir sözlə, nəhayət, əvvəla, qısası və s. Məsələn:

Deməli, məni tanıyırsan.

Beləliklə, biz həmin yeri tərk etməli olduq.

Nəhayət, gözlədiyimiz gün gəlib çatdı və s.

Yaxşı ki, sən gəlmədin.

Fikrin mənbəyini bildirən modal sözlər

Məncə, səncə, bizcə, fikrimizcə, zənnimcə,sizcə, bizcə və s. Məsələn:

Məncə, o, yalan danışmır.

Fikrimizcə, bu məsələnin həlli asandır.

Zənnimcə, o bizimlə gəlməyəcək.

Bizcə, bu doğru fikirdir.

Sıra və ardıcıllıq bildirən modal sözlər

Birincisi, əvvəla, ikincisi və s. Məsələn:

Birincisi, o hələ uşaqdır, ikincisi də, günahkar özünsən.

Təəssüf bildirən modal sözlər

Təəssüf ki, heyif ki, əfsus ki, eh və s. Məsələn:

Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk.

Onların hara getdiklərini, heyif ki, görə bilmədim.

Bənzətmə və ya müqayisə bildirən modal sözlər

Sanki, elə bil, elə bil ki, guya və s. Məsələn:

Sanki ona dünyanı bağışladılar.

Elə danışır, elə bil ki, uşaqdır.

Quruluşu

Modal sözlər quruluşca sadə və mürəkkəb olur. Sadə modal sözlər bir sözdən ibarət olur: bəlkə, deyəsən, xülasə, yaxşı və s. Mürəkkəb modal sözlər ayrı yazılır: əlbəttə ki, ehtimal ki, yəqin ki və s.

Yazılışı

Bütün modal sözlər ayrı yazılır. Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilir. Məsələn: Doğrusu, mən yorulmuşam. Mən, düzü, bu yerləri tanımıram. Sən öz istəyinə çatacaqsan, əlbəttə.

Düzdür, yaxşı sözləri həm modal söz, həm də sifət kimi işlənirlər.

Doğrudan sözü həm modal söz, həm isimləşmiş sifət kimi işlənir.

Görünür, deyəsən, demək, deməli, olmaya, demə, görəsən sözləri həm feil, həm də modal söz kimi işlənə bilir.

Xülasə sözü həm isim (məsələn, qəzetlərin xülasəsi) həm də modal söz kimi işlənə bilir.

Vergülün işlənməsi

Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda gələ bilər. Cümlənin əvvəlində gəldikdə modal sözlərdən sonra, ortada işlənəndə hər iki tərəfdən, sonda gələndə ondan əvvəl vergül qoyulur. Bu baxımdan xitabla oxşardır. Cümlənin sonunda işlənərkən cümlənin intonasiyasından asılı olaraq nöqtə, sual, nida işarəsi qoyula bilər. Məs:

1. Tutaq ki, sən kitabı almamısan.

2. Əgər dərviş olmasa idi, sözsüz, Müsyö Jordan Şahbazı aparacaqdı.

3. Elin malına xor baxanlar məğlub olacaqdır, əlbəttə.

İstisna:sanki, elə bil, guya-dan sonra vergül qoyulmur.

Tələffüz

Əlbəttə [əlbətdə]

Təbii [təbi:]

Beləliklə [beləlix'nən]

Demək [deməx']

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Modal sözlər haqqında məlumat. Modal sözlər nədir? Modal sözlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Razyana

  • Fevral 27, 2026

    Külək

  • Fevral 25, 2026

    Kəlmeyi-şəhadət

  • Fevral 27, 2026

    Perqament

  • Fevral 27, 2026

    Frenk Miller

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst