Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maarifçilik dövrü (fr. siècle des lumières, alm. Aufklärung) XVII- XVIII əsrlərdə Avropa mədəniyyətində mənəvi durum. Maarifçiliyin incəsənətdə proyeksiyaları:

Maarifçilik dövrü

  • Ana Səhifə
  • Vikipediya
  • Maarifçilik dövrü

Maarifçilik dövrü (fr. siècle des lumières, alm. Aufklärung) XVII- XVIII əsrlərdə Avropa mədəniyyətində mənəvi durum. Maarifçiliyin incəsənətdə proyeksiyaları: barokko, rokoko və klassizm, fəlsəfədə isə – deizm və mexanisizm olmuşdur. Maarfçilik İntibahı əvəz edib romantizm dövrünü qabaqlayır.

Ümumi xarakteristikası

Dində Allah Böyük Yaradan kimi kainatı yeddi günə yaradır. Xristianlıq inanaclarına görə Allah insanlara iki kitab – İncil və təbiət kitabları verib. Deməli dinin özündə də ruhani təbəqsi ilə birgə alimlər təbəqəsi mövcduddur. Buradan da dini və dünyəvi mədəniyyətin paralelizmi doğur ki, bu da dindəki riyakarlıq və fanatizmi tədricən diskreditasiyasına gətirib çıxarır. Dünyanı dərk etməyimizin yeganə vasitəsi azad idrakdır. Bu termin adı altında başqaları da başa düşülür: maarifçilər, maarifiçilik ədəbiyyatı, elmi (və ya maarifçi) absolutizm. Maarifçilk anlayışına sinonim olaraq "XVIII əsr fəsləsfəsi" ifadəsi də işlədilir.

Yeni tarixdə maarifçilik dövrü olduqca mühüm əhəmiyyət kəsb edir. Maarifçilik XIV-XV əsrlərin individualizm və adət-ənənələrə tənqidi münasibət aşılayan sırf dünyəvi cərəyanı olan humanizmın təbii davamı sayılır. Maarifçilik dövrü humanizm dövründən dini reformasiyalar və buna katolik kilsəsinin reaksiyası ilə ayrılır. Maarifçilik nəinki humanizm, eyni zamanda XVI və XVII əsrlərin mütərəqqi protestantizm və rasional sektantlığının da davamı sayılır. Belə ki maarifçilik sonunculardan (protestantlıq və rasional sektantlıqdan) siyasi azadlıq və vicdan azadlığı ideyalarını mənimsəmişdir. Reformasiyalar dövründən maarfçilik dövrü ideyalarına ən rahat keçid XVII əsrin sonu və XVIII əsrin əvvəllərində İngiltərədə deizmin meydana gəlməsi və inkişafı ilə müşahidə olunur. Deizm cərəyanı reformasiyalar dövrünün dini təkamülü ilə başa çatması ilə meydana gəlmiş və XVII əsr maarfçililərin təbliğ etdiyi təbiət dininin başlanğıcı rolunu oynamışdır. XVIII əsr Maarifçi ədəbiyyatın banisi olaraq Con Lokku göstərmək olar. Humanizm və protestantlıq kimi maarifçilik də ayrı-ayrı illərdə yerli və milli xarakter almışdır.

XVII əsrdə maarifçilik ideyalarına ümumavropa əhəmiyyəti verən fransız maarifçi ədəbiyyatı nümayəndələri Volter, Monteskyö, Russo, Didro və başqaları olmuşdur. Bunları birləşdirən ümumi cəhətlər o dövr Fransasının siyasi və sosial məsələlərinə tənqidi münasibət bildirən rasionalizmin tam hökmranlığı idi. Bu dövr alman maarifçiləri isə əsasən dini və mənəvi məsələlərin həlli ilə daha çox məşğul olurdular.

Maarifçiliyin əsas məqsədi insan təfəkkürünün fəaliyyəti yolu ilə bəşər həyatının təbii prinsiplərini (təbii din, təbii hüquq, fiziokratların iqtisadi həyatının təbii qaydası və s.) tapmaq idi. Belə məntiqi və təbii əsaslar nöqteyi-nəzərdən insan cəmiyyətinin faktiki olaraq bütün mövcud forma və münasibətləri tənqid hədəfinə çevrilir. Maarifçilik ideyalarının təsiri altında Avropa ictimai həyatını yenidən quracaq islahatlar (maarifçi mütləqiyyət və Fransa inqilabı) həyata keçirilir. XIX əsrin əvvəllərində bir tərəfdən köhnə dini ehkamlara qayıdış, digər tərəfdən isə XVIII əsr ideoloqlarınn etinasız yanaşdığı tarixi fəaliyyətə dönüşlə əlaqədar olaraq maarifçilik idayalarına qarşı çıxışlar baş qaldırır. Hələ XVIII əsrin sonlarından başlayaraq maarifçiliyin əsas xarakterinin təyininə dair cəhdlər edilmişdir. Bunlardan ən nəzərçarpanı Kanta məxsusdur (Beantwortung der Frage: was ist Aufklärung?, 1784). Kanta görə maarifçilik müəyyən doqmatik ideyaların digər doqmatik ideyalarla deyil, azad təfəkkürlə əvəz olunmasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maarifçilik dövrü haqqında məlumat. Maarifçilik dövrü nədir? Maarifçilik dövrü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Buldoqkimilər

  • Fevral 27, 2026

    İona (peyğəmbər)

  • Fevral 23, 2026

    Həvari Pavel

  • Fevral 27, 2026

    Media

  • Fevral 27, 2026

    Fətrət

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst