Hitler ailəsi — Avstriyada anadan olmuş alman siyasətçisi və Nasist Partiyasının lideri, rəsmi olaraq Milli Sosialist Alman İşçi Partiyası (Nationalsozialistische Deutsche Arbeiterpartei və ya NSDAP) kimi tanınan Adolf Hitlerin (20 aprel 1889 – 30 aprel 1945) qohumlarından və əcdadlarından ibarətdir. Hitler Almaniyanın diktatoru idi. O 1933 və 1945-ci illər arasında Almaniya kansleri tituluna sahib idi və 1934-cü ildən 1945-ci ilə qədər Führer və Reichskanzler kimi dövlət başçısı vəzifəsində çalışmışdır.
Hitlerin ata tərəfindən babası ilə bağlı bioloji qeyri-müəyyənlik, eləcə də ailə daxilindəki münasibətlər və onların Hitlerin uşaqlığı və sonrakı həyatı boyunca ona psixoloji təsiri səbəbinə görə ailəsi uzun müddət tarixçilər və şəcərəşünaslar üçün maraq doğurub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hitler ailəsi haqqında məlumat. Hitler ailəsi nədir? Hitler ailəsi nə deməkdir?