Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8

Vışka (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • Vışka (qəzet)

"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet.

"Vışka"
Növ ictimai-siyasi qəzet
Format A3
Təsisçi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (1999-cu ildən həmtəsisçi)
Baş redaktorlar Zoya Nikolayevna Belyayeva; Gennadi Qriqoryeviç Qluşkov (1973-1984-cü illər); Mədinə Həsənova (1995-ci ildən)
Yaranma tarixi 1 mart 1928
Dil Azərbaycan dili və rus dili
Səhifə 16
Baş ofis
  • Bakı
Ünvan Bakı
Tiraj 15 min, 60 min (1948), 120 (1990)

Mündəricat

Yaranma tarixi

1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı.

1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.

Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi 1939-cu ildə "Vışka"nın "Bakinski raboçi" qəzeti ilə birləşməsi üçün qərar verdi. Lakin 9 aydan sonra, yəni, 1 fevral 1940-cı ildən Mərkəzi Komitə qərarını dəyişərək "Vışka"nın müstəqil çıxmasına icazə verdi. Bu vaxt "Vışka"nın tirajı 40 mini ötmüşdü. "Vışka"nın sayəsində məşhur Bakı neftçilərindən Rüstəm Rüstəmov, Gülbala Əliyev, Ağasəf Bağırov, Mirzə Bədirxanov, Ağahüseyn Qafarov və b. SSRİ-nin hər yerində tanınmışdı.

1948-ci il may ayının 5-də nəşrə başlamasının 20 illiyini qeyd edən qəzetin son səhifəsində tirajın 60 min olduğu göstərilirdi. 1978-ci ildə 50 illik yubiley münasibətilə "Vışka" "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edildi.

Mövzular

Əsasən neft sənayesindən yazılar dərc edən "Vışka" respublikanın digər təsərrüfat sahələrindən, fabrik və zavodlarından da yeni xəbərlər verir, qabaqcıl əmək adamlarının həyatını işıqlandırırdı.

Bugünkü fəaliyyəti

Qəzet hazırda fəaliyyətini davam etdirir. 1999-cu ildən SOCAR "Vışka"nın rəsmi həmtəsisçisi oldu. 1999-cu ildən qəzet iki dildə — Azərbaycan və rus dillərində nəşr olunur. Hazırda "Vışka" həftədə bir dəfə A3 formatlı 16 səhifədə çıxır. Qəzet öz qədim ənənələrinin çoxunu bu gün də qoruyub saxlayır. Belə ənənələrdən biri "Vışka"nın nəzdində 1963-cü ildən fəaliyyət göstərən "Rodnik" ("Çeşmə") ədəbi birliyidir. Qəzetin səhifələrində "Rodnik" rubrikasında dərc olunan şeirlərin müəllifləri peşəkar şairlər deyil, neftçilər, pedaqoqlar, mühəndislər, alimlər və tələbələrdir.

Baş redaktorlar

Qəzetə 1973–1984-cü illərdə Gennadi Qriqoryeviç Qluşkov rəhbərlik edib. 1995-ci ildən etibarən nəşrin indiki baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı və Ali Media Mükafatı laureatı Mədinə Həsənovadır. M. Həsənovanın sözlərinə görə, o, "Vışka" qəzetinə rəhbərlik edən ilk qadın olmayıb: "İkinci Dünya müharibəsi illərində, kişilər cəbhəyə gedəndə "Vışka"nın məsul redaktoru Zoya Nikolayevna Belyayeva olub.

Həmçinin bax

  • Kommunist (qəzet, 1919)
  • "Ədəbiyyat və incəsənət" qəzeti
  • Bakinski raboçi (qəzet)

Ədəbiyyat siyahısı

  • На переднем крайе. Азербайджанское государственное издателство, Баку, 1978.
  • Rüstəmov A. R. Jurnalistika. Bakı Universiteti nəşriyyatı, Bakı-2005, səh. 44.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vışka (qəzet) haqqında məlumat. Vışka (qəzet) nədir? Vışka (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 13, 2026

    Surinam

  • Fevral 27, 2026

    Qavqamela döyüşü

  • Fevral 27, 2026

    Oskar Uayld

  • Fevral 25, 2026

    İsland dili

  • Fevral 27, 2026

    Robot

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst