Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lokomotiv (lat. loco, locus «yer» sözündəndir) ― dəmir yol xətlərində hərəkət edən və özü yükgötürməyən dartıcı qurğu.

Lokomotiv

  • Ana Səhifə
  • Vikipediya
  • Lokomotiv

Lokomotiv (lat. loco, locus «yer» sözündəndir) ― dəmir yol xətlərində hərəkət edən və özü yükgötürməyən dartıcı qurğu.

Nyorkda keçirilən dünya sərgisində müxtəlif lokomotivlər (New York World's Fair), 1939-1940
Stivensonun "Roket" lokomotivi, 1829
Simensin nümayiş etdirdiyi elketrik ötürməli lokomotiv, 1879

Lokomotivin transmissiyası bir neçə çarx üzərində oturdulmuş gövdədən ibarətdir. Müxtəlif enerji mənbəyi ilə işləyən mühərriklərdən alınan hərəkət çarxların fırlanmasına sərf edilir. Onların dəmir yolunda fırlanması nəticəsində lokomotov irəliyə hərkət edir. Beləliklə o, arxasına qoşulmuş vaqonların nəql edilməsinə imkan yaradır.

Tarixi haqqında

XİX əsrdə İngiltərədə sənaye inqilabının təsiri altında baş verən buxar maşınlarının yaranması və sənayenin müxtəlif sahələrində tətbiq olunması mühəndisləri onun nəqliyyatda tətbiq etmək üzərində düşünməyə vadar edir. Bu sahədə bir neçə mühəndis tədqiqat işləri apararaq müxtəlif layihələr üzərində işləyirlər. 1814-cü ildə ingilis mühəndisi Corc Stivenson, Riçard Trevitik və başqa mühəndislərin apardıqları sınaqlara əsaslanaraq ilk dəfə praktikada tətbiq oluna biləcək, buxar maşını ilə işləyən lokomotivi düzəldirlər.

Yalnız 1825-ci bu lokomotivin Stokton və Dərlinqton (ingl. Stockton, Darlington), məntəqləri arasında açılmış ilk ictimai qatar yolunda istifadəsi baş verir . Stefensonun düzəltdiyi qatarın sürəti təxminən 48 km/saat olmuşdur. Lokomotivlərin nəqliyyatda tətbiqi ilə yeni bir dövr açıldı. Bu, insanların və eləcə də yüklərin bir məntəqədən başqa məntəqəyə daşınması vaxtını və xərcini aşağı salaraq inkişaf etməkdə olan sənaye üçün vacib rol oynamışdır.

XIX əsrin əvvəlində Rusiyada da Avropanın bir çox başqa dövlətlərində olduğu kimi buxar maşının nəqliyyatda istifadə olunması üzərində işlər görülməyə başlanır. Nijni Tagil zavodlarında öncə buxar maşınlarının hazırlanması və tətbiqi ilə məşğul olan rus mexanikləri Efim Çerepanov və oğlu Miron Çerepanov Rusiyada 1834-çü ildə ilk buxarla işləyən lokomotiv düzəldirlər. Çerepanovların düzəltdikləri buxar qatarı 3,5 t yükü 13–16 km/saat sürətilə dartma qabiliyyətinə malik idi. Bu qatar çuqundan düzəldilmiş, uzunluğu 800 m olan yolda sınaqdan keçirilir. Stefensonun lokomotivindən fərqli olaraq Çerepanovlar yüksək buxar təzyiqi yaratmaq üçün qazanda çoxlu borular quraşdırırlar. Bundan əlavə, buxarın yenidən geriyə vurulması üçün əks-əlaqə sistemi tətbiq olunur. 1835-ci ildə onlar ikinci, daha güclü buxar lokomotivini düzəldirlər. Çerepanovlar Demidov adlı mülkiyyətçinin zavodunda təhkimçi kimi çalışdıqlarından, uzun müddət onların işlərinə lazımi diqqət yetirilməmişdir.

Lokomotivlərdə elektrik mühərrikinin tətbiqi isə alman mühəndisi Verner fon Simensin adı ilə bağlıdır. Onun əslində şaxta üçün düəzltdiyi kiçik ölçülü dörd çarxlı, 50 sm enində dəmir yolu ilə hərkət edə bilən lokomotiv elektrik lokomotivinin atası sayılır. Bu lokomotiv dəmir yolu kənarlarında yerləşdirilmiş naqillərdən cərəyan mühərriyə ötürülürdü.

Birinci Dünya müharibəsi ərəfəsində (1914-1918) Avropada daş kömürə olan ehtiyac artdığından elektrik mühərriki iləş işləyən lokomotivlər buxarla işləyənləri sıxşdırmağa başlayır və getdikcə elm və tyexnikanın inkiaşfə sayəsində geniş tətbiq olunur.

Şəkillər

  • Lokomotiv

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lokomotiv haqqında məlumat. Lokomotiv nədir? Lokomotiv nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trombositlər

  • Fevral 27, 2026

    Qənirə Ataşova

  • Fevral 27, 2026

    Robert Filmer

  • Fevral 27, 2026

    Norfolk

  • Fevral 26, 2026

    Helium

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst