Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü dövlətlərdən biri. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazi

Sacilər

  • Ana Səhifə
  • Vikipediya
  • Sacilər

Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü dövlətlərdən biri. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş dövlətdir. Dövlətin əsasını 898-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur. Sacilər Azərbaycanı ilk əvvəllərdə Marağa və Bərdədən, daha sonra isə Ərdəbil şəhərindən idarə etmişdilər. Dövlət 941-ci ildə süqut etmişdir.

Tarixi dövlət
Sacilər
Sacilər dövləti
İndiki sərhədlərlə Sacilər dövrünün hüdudlarının müqayisəsi
İndiki sərhədlərlə Sacilər dövrünün hüdudlarının müqayisəsi
889 — 929
Paytaxt

Marağa (879-901)

Ərdəbil (901-941)
Dil fars dili
Din sünnilik
İdarəetmə forması Monarxiya
Davamiyyət
 Azərbaycan
 Gürcüstan
 Türkiyə
 Ermənistan
 İran
 Rusiya
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Sülalənin mənşəyi

Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli, Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir. Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi. Bu dövlətin meydana gəlməsi, tərəqqisi və süqutu tarixi tədqiqatçıların diqqətindən yayınmışdır.

Professor P.K.Juze qeyd edir ki, "Sacilər IX əsrin ikinci yarısında meydana gəlib, Azərbaycana bir neçə bacarıqlı hökmdar verən türk sülaləsindən sayılır. Sacilərin nümayəndəsi olan Əbu Sac Divdad Usruşanda dağlıq Cankakat kəndindədir. Bu sülalə Xilafət qarşısındakı xidmətlərinə görə Xilafətin çox böyük əyaləti olan Azərbaycanı bir mülk kimi almışdı."

Bəzi müəlliflər isə, Sacilərin türk yox soğd mənşəli olduğunu yazırlar. Klifford Edmund yazır ki, Sacilər soğd mənşəli sülalə idilər və Sacilər sülaləsinin nümayəndələri bir qayda olaraq, Afşin titulu daşıyırdılar. V.Minorski isə onun fikrini təsdiqləyərək bildirir: "Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim soğd nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu torpaqdan çıxmışdılar. Bəzi mənbələrdə türk kimi anılıblar, lakin onu da qeyd etmək lazımdır ki, o vaxtı ərəblər Orta Asiyadan çıxan bütün xalqları, tayfaları türk sayırdılar".

Əbu Sac Divdad

IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərindən biri Sacilər dövləti idi. Xilafətin zəifləməsi nəticəsində vilayət hakimlər ilə yanaşı, ayrı-ayrı sərkədələrin də nüfuzu artır, mövqeyi güclənirdi. Belə sərkərdələrdən biridə əslən Mərkəzi Asiya türklərindən olan Əbu sac Divdad olmuşdur. Xəlifənin apardığı mübarizələrdə sədaqəti və Bizansa qarşı döyüşlərdə qəhrəmanlığı ilə Xəlifənin etibarını qazanan Əbu Sac Divdad Azərbaycana hakim təyin edilir və bununla da yeni sülənin əsası qoyulur. Bu sülalənin nümayəndələri afşin titulunu daşıyırdılar.

Məhəmməd ibn Əbu Sac

Dövlətin əsası 879-cu ildə Əbu Sac Divdad oğlu Məhəmməd ibn Əbu Sac tərəfindən qoyulmuşdur. Hakimiyyəti dövründə, Marağa hakimliyini, Dəbil dövlətini öz dövlətinə birləşdirmiş (893), Gürcüstana uğurlu yürüşlər etmiş, öz adına pul kəsdirmişdir.

Məhəmməd ibn Əbu Sac Azərbaycanın ilk Saci hökmdarı Əbu Sac Divdadın oğlu idi. O, ilk dəfə 889 və ya 890-cı ildə bu vəzifəyə təyin edilmişdir. Məhəmmədin atası olan Əbu Sac Divdad ilk əvvəllərdə Uşrusananın şahzadəsi Afşin Heydərin komandanlığı altında döyüşmüşdür. O, Afşinin Babəkə qarşı olan yürüşündə iştirak etmiş, daha sonra isə xəlifəyə xidmət etmişdir. Xilafətə göstərdikləri xidmətə görə onlar imperiyanın ən varlı əyalətlərindən biri hesab edilən Azərbaycan ilə mükafatlandırılmışdırlar. IX əsrin sonlarına doğru mərkəzi hakimiyyət olan Abbasilər xilafəti zəifləməyə başlamışdı. Belə bir şəraitdə Sacilər müstəqilləşməyə başladılar. Əsrin sonlarına doğru Məhəmməd ibn Əbu Sac öz adına sikkələr zərb etdirməyə başladı və Cənubi Qafqazın yerdə qalan hissəsini də tədricən öz dövlətinə qatdı. Sacilərin ilk paytaxtı Marağa şəhəri idi, lakin buna baxmayaraq, Sacilər daha çox Bərdə şəhərində yaşamaqda idilər.

Yusif ibn Əbu Sac

Yusif ibn Əbu Sac 901-ci ildə hakimiyyətə gəldi. Onun hakimiyyəti dövründə Marağanın divarları sökdürüldü və paytaxt Ərdəbil köçürüldü. Bu zaman dövlətin şərq sərhədləri Xəzər dənizi sahillərinə, qərb sərhədləri isə Ani və Dəbil şəhərlərinə qədər uzanmaqda idi. Yusif ibn Əbu Sacın xəlifə ilə olan münasibətləri yaxşı deyildi. 908-ci ildə xəlifə Yusifə qarşı ordu göndərsə də, özü oldu. Ondan sonra xəlifə olan əl-Müqtədir daha böyük ordu ilə Yusifi məğlub edib illik 120 min dinar verməyə məcbur etdi. Yusif bundan sonra xəlifə ilə sülhə əsaslanan münasibətlər formalaşdırdı. Bu cür münasibətlərin formalaşdırılmasında xəlifənin vəziri olan Əbülhəsən Əli ibn əl-Furat önəmli rol oynamışdı. Buna görə də Yusif onu özünün Bağdaddakı himayədarı hesab edirdi və kəsdirdiyi sikkələrdə bəzən onun adına da yer verirdi. Bağddaddakı hökumət ilə bu cür münasibətlərin formalaşdırılması Yusifə öz hakimliyini bütün Azərbaycanda olmaqla xəlifəyə qəbul etdirməsinə yol açdı. Bu hadisə 909-cu ildə baş verdi.

Yusif özünün himayədarı olan vəzir əl-Furatın 912-ci ildə vəzifəsindən azad edilməsindən sonra xilafət xəzinəsinə ödədiyi illik vergini göndərməyi saxladı. Azərbaycanlı tarixçi Abbasqulu ağa Bakıxanovun bildirdiyinə görə, 908-909-cu illərdən 919-cu ilə qədər Sacilər Şirvanşahları da özlərindən asılı vəziyyətə salmışdılar. Beləliklə, X əsrin əvvəllərində Sacilərin idarə etdikləri ərazilərə cənubda Zəncandan şimalda Dərbəndə, şərqdə Xəzər dənizinə, qərbdə isə Ani və Dəbil şəhərlərinə qədər olan ərazilər daxil idi. Göründüyü kimi bu dövlətə həm müasir Azərbaycan Respublikasının, həm də Cənubi Azərbaycan ərazilərinin əksər hissəsi daxil idi.

Yusifin hakimiyyəti dövründə slavyan yağmaçıları 913-914-cü illərdə Volqadan gələrək Saci bölgələrinə hücuma keçdilər. Yusif Dərbənd divarlarını möhkəmləndirərək dövlətin sərhədlərini qorumağa çalışdı. O, eyni zamanda qala divarının dənizdəki olan və dağıdılmış hissələrini də bərpa etdirdi.

914-cü ildə o, Gürcüstana doğru yürüşə çıxdı və özünün hərbi əməliyyatlarının mərkəzi kimi Tiflis şəhərini seçdi. O, ilk öncə Kaxeti şəhərini ələ keçirib, Ucarma və Boçarma qalalarını işğa etdi. Bundan əlavə yerləri də ələ keçirərək geri döndü.

Yusifin ölümündən sonra Saci sülaləsinindən olan hakim fəth ibn Məhəmməf ibn Əbu Sac Ərdəbildə özünün qullarından biri tərəfindən zəhərlənərək öldürüldü. Ondan sonra hakimiyyətə gələn Deysəm ibn İbrahim Deyləm hakimi Mərzban ibn Məhəmmd tərəfindən məğlub edildi. Mərzban ibn Məhəmməd Saci sülaləsinin hakimiyyətinə son qoydu və Salari sülaləsinin əsasını qoydu. Saları dövləti 941-ci ildə mərkəzi Ərdəbil şəhəri olmaqla formalaşdı.

Hökmdarlar

  • Məhəmməd ibn Əbu Sac (889–901)
  • Divdad ibn Məhəmməd (901–901)
  • Yusif ibn Əbu Sac (901–928)
    • Subuk (919–922), Yusif ibn Əbu Sacın qulamı idi
  • Əbül-Müsafir Fəth (928–929)
  • Vasif əl-Şirvani (929–929)
  • Müflih əl-Saci (929–935)
  • Deysəm ibn İbrahim (935–941)

Fakt

  1. Bəzi mənbələrdə Usruşana deyilir.bunu yaddan çıxarmayın

Ədəbiyyat

  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı, "Elm", 2007. 608 səh. — 24 səh.
  • Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. 424 səh.
  • Bosworth, C. E., AZERBAIJAN iv. Islamic History to 1941, Encyclopaedia Iranica, 1987, 29 aprel 2011 tarixində , İstifadə tarixi: 23 sentyabr 2024
  • Стэнли, Лэн-Пуль, Мусульманские династии. Хронологические и генеалогические таблицы с историческими введениями, 2004, ISBN 978-5-4481-0250-9, 24 sentyabr 2024 tarixində , İstifadə tarixi: 24 sentyabr 2024
  • Minorsky, Vladimir, Studies in Caucasian history, Cambridge University Press, 1953
  • Bayne, Fisher, William, The Cambridge History of Iran, Vol. 4., Cambridge University Press, 1975, ISBN 9780521200936, 24 sentyabr 2024 tarixində , İstifadə tarixi: 24 sentyabr 2024
  • Muir, William, The Caliphate: Its Rise, Decline and Fall from Original Sources, Kessinger Publishing, 2004, ISBN 1417948892, 4 avqust 2011 tarixində , İstifadə tarixi: 24 sentyabr 2024
  • Kennedy, Hugh, The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (Second ed.), Harlow: Longman, 2004, ISBN 978-0-582-40525-7, 24 sentyabr 2024 tarixində , İstifadə tarixi: 24 sentyabr 2024
  • Madelung, W, The Minor Dynasties of Northern Iran [in 7th-11th Century Iran], Cambridge University Press, 1975, ISBN 0-521-20093-8
  • Əliyarlı, Süleyman, AZӘRBAYCAN TARIXI. UZAQ KEÇMIŞDӘN 1870-CI ILӘ QӘDӘR, Bakı: Çıraq, 2009, 24 sentyabr 2024 tarixində , İstifadə tarixi: 24 sentyabr 2024
  • Yarshater, Ehsan, The Cambridge History of Iran. Vol. 1. (PDF), Cambridge University Press, 1983, ISBN 9780521200929
  • Бартольд, Василий Владимирович, Место Прикаспийских областей в истории мусульманского мира, Баку, 1924, 24 sentyabr 2024 tarixində , İstifadə tarixi: 24 sentyabr 2024
  • İsmayılov, Dilqəm, HISTORY OF AZERBAIJAN (PDF), Bakı: Nəşriyyat – Poliqrafiya, 2017, 21 sentyabr 2024 tarixində (PDF), İstifadə tarixi: 21 sentyabr 2024

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sacilər haqqında məlumat. Sacilər nədir? Sacilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Epilepsiya

  • Fevral 23, 2026

    Yunanlar

  • Fevral 27, 2026

    Albukerke

  • Fevral 27, 2026

    İtaliya mətbəxi

  • Fevral 27, 2026

    Vensan Oriol

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst