Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə mal

Mende

  • Ana Səhifə
  • Vikipediya
  • Mende

Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir.

Mende
fr. Mende
Gerb
Gerb
44°31′10″ şm. e. 3°30′05″ ş. u.HGYO
Ölkə Fransa
Departament Langedok-Russilyon
Başçı Alen Bertran
Tarixi və coğrafiyası
Sahəsi 36,56 km²
Mərkəzin hündürlüyü 732 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi 12,227 nəfər nəfər (2008)
Sıxlığı 670/km2 (1,700/sq mi)
Aqlomerasiya 332 nəfər/km²
Rəsmi dili Fransız dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 48000
Digər
mende.fr
Mende xəritədə
Mende
Mende
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir.

Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.

Mündəricat

Tarixi və coğrafiyası

Lo çayı vadisində yerləşən Mende uzun müddət Lion, Overn və Lanqedokdan ticarət yollarının kəsişdiyi yer olmuşdur. Yaşayış yeri Tunc və ya hətta Mis dövründə yaranıb və Roma Qaliyası dövründə mövcud olub. Əfsanəyə görə alemanlar tərəfindən Müqəddəs Privatın şəhərdə öldürüldüyü guman edilir. Uzun müddət onun öldürüldüyü yer ziyarətgaha çevrilmişdir. Orta əsrlərdə Privatın ölüm yeri Mandanın inkişafına kömək edən ziyarət mərkəzi idi.

Şəhər ya Barselonadan, ya da Fransadan asılı idi. Yepiskop III Aldebertin hakimiyyəti dövründə (XII əsr) şəhərdə güclü istehkamlar tikildi. 1307-ci ildə yepiskop VI Giy IV Filip Gözəl ilə birgə şəhəri idarəetmə müqaviləsi bağladı. Manda iqtisadiyyatı Yüzillik müharibə zamanı ciddi zərər gördü, lakin 1368-ci ildə Lozereli V Urban şəhərdə kafedralın təməlini qoydu.

Müharibənin sonunda Mand Fransanın cənubundakı ən zəngin yeparxiyalardan birinə çevrilir. 1470-ci ildə yepiskop Antuan qraf Armanın üsyanını dəstəkləyır, nəticədə yepiskoplar bir neçə il ərzində şəhərdə dünyəvi hakimiyyətdən məhrum olurlar. 1478–1483-cü illərdə kafedrala gələcək Papa II Juli rəhbərlik etmişdir.

Fransada dini müharibələr zamanı şəhərə ciddi ziyan dəydi, kafedral yalnız 1605-ci ildə açıldı. Şəhərin yeni yüksəlişi XVII əsrin sonunda baş verir. Yepiskop sarayı bəzədildikdə isə xəstəxana da qurulur. XVIII əsrin əsas hadisəsi 1307-ci il müqaviləsinin nəhayət ləğv edildiyi Böyük Fransa inqilabı baş verir. Loser isə ilk departamentlərdən biri olur.

XIX əsrdə Mandanın yaxınlığında daşqınlardan qorunmaq üçün şam meşəsi salınır, şəhərdə dəmir yolu və elektrik işıqlandırma da çəkilir. XX əsrin əvvəllərindən yun sənayesinin tənəzzülü ilə əlaqədar iqtisadi tənəzzül baş verir. İkinci Dünya müharibəsi zamanı Mand Fransa Müqavimət Hərəkatının mərkəzlərindən birinə çevrilir. 1990-cı illərdə şəhərciyi canlandırmaq üçün layihələr hazırlanmış, külək turbini və istilik məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur.

Görməli yerlər

Manda şəhərinin görməli yerləri arasında Müqəddəs Məryəm Katedrali və Müqəddəs Pyotr kilsəsi daxildir. Həmçinin bir neçə fəvvarə, XII əsr qalası, köhnə körpü, Müqəddəs Privatın mağarası, konsulluq evi, Baur qəsri də turist marşrutuna daxildir. Şəhərdə mütəmadi olaraq idman yarışları keçirilir.

Qalereya

  • Mende şəhərinin yuxarıdan ponaraması
    Mende şəhərinin yuxarıdan ponaraması
  • Lozer departamentinin Kos rayonu
    Lozer departamentinin Kos rayonu
  • Mimat dağının ətəyində Mende, Kos d'Auq mənzərəsi
    Mimat dağının ətəyində Mende, Kos d'Auq mənzərəsi
  • Lo çayının sahilində ev
    Lo çayının sahilində ev
  • Mende şəhəri 2008-ci ilin dekabr ayında
    Mende şəhəri 2008-ci ilin dekabr ayında
  • 2008-ci ilin dekabrında Kos d'Auqun ponaraması
    2008-ci ilin dekabrında Kos d'Auqun ponaraması
  • Riekros Viadukt 2007-ci ilin sentyabrında
    Riekros Viadukt 2007-ci ilin sentyabrında
  • Mende vağzalı
    Mende vağzalı
  • Mende təxminən 1200-ci ildə
    Mende təxminən 1200-ci ildə
  • Ryu-bas küçəsi
    Ryu-bas küçəsi
  • Valakruz rayonu və Şabann kəndi
    Valakruz rayonu və Şabann kəndi
  • Fontanill rayonu və Noter Dam Liseyi
    Fontanill rayonu və Noter Dam Liseyi
  • Respublika meydanı tərəfdən Xaldekost rayonu
    Respublika meydanı tərəfdən Xaldekost rayonu
  • Mende şəhərinin xəritəsi
    Mende şəhərinin xəritəsi
  • Xəritədə Anderitum (Javols), Mimate (Mende) və Gredon yerləşir
    Xəritədə Anderitum (Javols), Mimate (Mende) və Gredon yerləşir
  • Elmlər, sənətlər və elmlər lüğəti Ensiklopediyasında Mende
    Elmlər, sənətlər və elmlər lüğəti Ensiklopediyasında Mende
  • Mende Katedralı
    Mende Katedralı
  • Papa V Urbanın heykəli
    Papa V Urbanın heykəli
  • Mende XVI əsrdə köhnə qravürada
    Mende XVI əsrdə köhnə qravürada
  • Katedralin havadan görünüşü
    Katedralin havadan görünüşü
  • Notr-Dam körpüsü
    Notr-Dam körpüsü
  • Bliz sarayı
    Bliz sarayı
  • Pəncərələrin altında saxta balusterlər olan "Maison de Mandrin" adlı XVII əsrə aid bina
    Pəncərələrin altında saxta balusterlər olan "Maison de Mandrin" adlı XVII əsrə aid bina
  • Respublika Meydanı
    Respublika Meydanı
  • 1870-ci il müharibə abidəsi
    1870-ci il müharibə abidəsi
  • Emili-Joli Meydanı, Sent-İlpid evi, Riekros Viaduktu və arxa fonda xəstəxana
    Emili-Joli Meydanı, Sent-İlpid evi, Riekros Viaduktu və arxa fonda xəstəxana
  • Bələdiyyə binası
    Bələdiyyə binası
  • Prefektura və Lozer Baş Şurasının iqamətgahı
    Prefektura və Lozer Baş Şurasının iqamətgahı
  • Məhkəmə binası
    Məhkəmə binası
  • Bir vaxtlar "Plaisance" məktəbinin yerləşdiyi seminariya
    Bir vaxtlar "Plaisance" məktəbinin yerləşdiyi seminariya
  • Perpignan Universitetinin Jak Maillot İnstitutu (IUP) filialı
    Perpignan Universitetinin Jak Maillot İnstitutu (IUP) filialı
  • Mende şəhər katedralı
    Mende şəhər katedralı
  • Köhnə sinaqoqun girişi
    Köhnə sinaqoqun girişi
  • Tövbəlilər qalası
    Tövbəlilər qalası
  • Ağ tövbəlilərin yürüşü
    Ağ tövbəlilərin yürüşü
  • Gevaudan arabası hər il Mendenin böyük bayramlarından olan çiçək paradını açır
    Gevaudan arabası hər il Mendenin böyük bayramlarından olan çiçək paradını açır
  • Köhnə Piencort xəstəxanasının qapılarından birində Fransa və Navarra gerbləri
    Köhnə Piencort xəstəxanasının qapılarından birində Fransa və Navarra gerbləri
  • "Castan Trophy", 2008-ci ildə Trefle Lozeren veloyürüşünün finalı
    "Castan Trophy", 2008-ci ildə Trefle Lozeren veloyürüşünün finalı
  • Orta əsrlədə tikilmiş yaşayış binası
    Orta əsrlədə tikilmiş yaşayış binası
  • Notr-Dam körpüsü
    Notr-Dam körpüsü
  • Köhnə teatr, hazırda bələdiyyə kinoteatrının binası
    Köhnə teatr, hazırda bələdiyyə kinoteatrının binası
  • "Hotel de Ressouches"in həyəti
    "Hotel de Ressouches"in həyəti

Ədəbiyyat

  • Bardy, Benjamin. Mende [Mende] (fransız). Ingersheim: Éditions SAEP. 1973.
  • Un siècle d'images mendoises [A century of mendoises pictures] (fransız). 1974.
  • Marcillac, Sylvain; Salles, Jean-François. Guetteurs du temps : la basilique cathédrale de Mende [Lookouts of the time: the Cathedral Basilica of Mende] (fransız). Mende: ARACAM. 1996.
  • Taillefer, Didier. Mende : 2000 ans d'histoire [Mende: 2000 years of history] (fransız). Toulouse: Editions Privat. 2003. ISBN 2-70899-718-1.
  • Les campagnes de Mende, les communes rurales des cantons de Mende [Mende countryside, the rural communes of the cantons of Mende] (fransız). Lyon: Éditions Lieux-dits. 2007. ISBN 978-2914528368. Inventory of heritage, southern France.
  • Desdouits, Michel; Laurans, Alain. Mende-en-Gévaudan [Mende-en-Gévaudan] (fransız). Alan Sutton. ISBN 2842535383.
  • Bunel, Claude. Bulletin de la Société des lettres, sciences et arts de la Lozère [Bulletin of the Society of the letters, sciences and arts of the Lozère] (fransız). 1954.
  • Barbot, Dr. Marcel. Les siècles obscurs de la primitive histoire de Mende [The obscure centuries of the primitive history of Mende] (fransız). 1958.
  • Remize. Saint Privat, martyr, évêque du Gévaudan, IIIe siècle [Saint Privat, martyr, Bishop of Gévaudan, 3rd century] (fransız). Mende. 1910.
  • André, Auguste. La Bête du Gévaudan [The beast of Gévaudan] (fransız). Mende: H. Chaptal. 1931.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mende haqqında məlumat. Mende nədir? Mende nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vampir

  • Fevral 27, 2026

    Libertarianlıq

  • Fevral 27, 2026

    Beril

  • Fevral 27, 2026

    Staten-Aylend

  • Fevral 27, 2026

    Qarayazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst