Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İohann Kepler (alm. Johannes Kepler‎; 27 dekabr 1571 – 15 noyabr 1630[…], Regensburq, Müqəddəs Roma imperiyası) — alman astronomu və riyaziyyatçısı; planetlərin

İohann Kepler

  • Ana Səhifə
  • Vikipediya
  • İohann Kepler

İohann Kepler (alm. Johannes Kepler‎; 27 dekabr 1571 – 15 noyabr 1630[…], Regensburq, Müqəddəs Roma imperiyası) — alman astronomu və riyaziyyatçısı; planetlərin hərəkət qanunlarını kəşf etmişdir.

İohann Kepler
alm. Johannes Kepler‎
Doğum adı Johannes Kepler
Doğum tarixi 27 dekabr 1571
Doğum yeri Veyl-der-Ştadt, Müqəddəs Roma imperiyası
Vəfat tarixi 15 noyabr 1630 (58 yaşında)
Vəfat yeri Regensburq, Bavariya, Müqəddəs Roma imperiyası
Dəfn yeri
  • Regensburq
Anası Katarina Kepler[d]
Elm sahələri Astronomiya, astrologiya, riyaziyyat və naturfəlsəfə
Elmi dərəcələri
  • bakalavr (1588),
  • magistr[d] (1591)
İş yerləri
  • Qrats Universiteti,
  • II Rudolf (Müqəddəs Roma imperatoru),
  • Lins (1612–1627)
Alma-mater Tübingen Universiteti
Təhsili
  • Tübingen Universiteti,
  • Maulbron və Blaubeuren Evangelik seminarı[d]
Elmi rəhbərləri Maykl Myöstlin[d], Tixo Brahe
Üzvlüyü
  • Dei Linçei Akademiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İohann Kepler Veyl-der-Ştadtda kasıb protestant ailəsində anadan olmuşdur. Monastır məktəbini, Tübingen akademiyası nəzdində ruhani seminariyasını və Tübingen akademiyasını bitirmişdir. Həmin məktəbin astronomiya müəllimi onu dünyanın heliosentrik sistemi ilə tanış etmişdir. 1594-cü ildən Qras Universitetində riyaziyyat və astronomiyanı tədris etmişdir. İlk əsərini ("Kainatın sirri") burada 1596-cı ildə yazmışdır. Dini təqiblərə görə Praqaya Tixo Bragenin yanına köçmüş, onun vəfatından (1602) sonra isə imperator II Rudolfonun yanında işləmişdir. Burada teleskopla bağlı "Dioptrika" (1611) əsərini yazmış, Bragenin müşahidələrində və Marsın hərəkətindəki qanunauyğunluqları öyrənmiş və Kepler qanunlarının ilk ikisini kəşf etmişdir. O, bu qanunları 1609-cu ildə yazdığı "Yeni astronomiya" kitabında qeyd etmişdir. Keplerin Mars üzərində kəşf etdiyi qanunlar əksər planetlər üçün doğru oldu. Onlar Günəş və Ay tutulmalarını vaxtından əvvəl təyin etməyə imkan verirdi. Lakin dini dünyagörüşünə zidd olduğu üçün Vatikan bu kitabı qadağan olunmuş kitabların sırasına daxil etdi. Keplerin son böyük əsəri 1627-ci ildə yazdığı "Rudolf cədvəlləri" idi. Bu cədvəl planetlərin vəziyyətlərinin dövrünə görə əvvəlcədən dəqiq hesablamalara imkan verirdi.

1611-ci ildə Keplerin həyat yoldaşı və üç uşağı xəstələnib ölmüş, anası isə sehrbazlıqda təqsirləndirilib həbs edilmişdir. Yalnız altı ildən sonra anasına bəraət qazandıra bilən Kepler bu dəfə də Otuzillik müharibənin (1618–1648) başlaması ilə Ulma qaçmağa məcbur olmuşdur. 1628-ci ildə ehtiyac üzündən ordu sərkərdələrinin birinin yanında astroloq kimi işləmiş və maaş verilməsi qərarını almaq üçün Regensburqa gedərkən yolda xəstələnib ölmüşdür.

Dini baxışları

Astronomiya elminin qurucusu olan Kepler planetlərin hərəkətlərini, günəş sisteminin uzaqlığını hesablayan və ulduzların hərəkət xəritəsini göstərən ilk astronomik təqvimi nəşr etmişdir. Kepler eyni zamanda kainatın Tanrı tərəfindən yaradıldığına inanmışdır. Elm ilə məşğul olmağının səbəbini soruşanlara Keplerin cavabı "Tanrının əsərlərindəki ləzzəti dadmaq üçün" olmuşdur. Tanrının yaratdığı hər şeydə özünü göstərdiyinə inanan Keplerin həyatı araşdırılsa, kainatda ilahi dizaynın var olduğuna inanan bir insanın elmi işlərində nə dərəcə müvəffəqiyyətli olduğu görülər. Kepler "ağ ayıları və ağ qurdları Şimalın qarlı bölgələrinə göndərən kimdir? Ayıların, balinaların və qurdların bəslənməsi üçün, quşların yumurtalarını da onlarla birlikdə orada saxlayan kimdir?" deyə soruşduğu zaman cavabı özü belə cavablandırmışdır: "Bizim Tanrımızdır, O ən böyükdür, O üstündür və Onun ağlı sonsuzdur". Kepler sözlərini bu şəkildə davam etdirmişdir: "Tanrını anlamaq üçün sahib olduğunuz bütün duyğularınızı istifadə edin".

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İohann Kepler haqqında məlumat. İohann Kepler nədir? İohann Kepler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Millard Fillmor

  • Fevral 24, 2026

    Kaspilər

  • Fevral 27, 2026

    Tsitsit

  • Fevral 27, 2026

    Nilakanta

  • Fevral 27, 2026

    Məhəmməd Füzuli

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst