Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zövnə — Azərbaycan Respublikasının Lerik rayonunun Züvüc kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasını

Zövnə

  • Ana Səhifə
  • Vikipediya
  • Zövnə

Zövnə — Azərbaycan Respublikasının Lerik rayonunun Züvüc kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Zövnə kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.

Zövnə
38°51′ şm. e. 48°19′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Zövnə xəritədə
Zövnə
Zövnə

Mündəricat

Toponimikası

Toponim olaraq "Zövnə" sözünün mənasının bəzi hallarda talış dilindən tərcümədə "su çox olan yer" kimi izah olunması yanlışdır. Belə ki, talışca Zövnə sözünün qurluşunda su anlamını ifadə edən kəlmə yoxdur. Həmçinin kəndin ərazisində su ehtiyatlarının az olması da bu cür izahın məntiqə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Zövnə sözü cənub bölgəsində Zuvand, Züvüc, Zövlə və Zevin kəndlərinin adlarını ifadə edən sözlərlə eyni kökdən olub "güclü", "qüvvətli" mənalarını bildirir.

Tarixi

Zövnə kəndinin çox qədim tarixi vardır. Ərazidə tapılan küp qəbirlər, daşdan yonulmuş qədim qoç heykəlləri və qəbir abidələri bunu daha dəqiq sübuta yetirir. Hindona, Lara və sair yerlərdə belə qədim qəbir abidələrinə çox rast gəlinir. Kəndin əsasının kim tərəfindən və nə zaman qoyulduğu dəqiq bilinmir. Kəndin kiçik olmasına baxmayaraq bir neçə tayfa vardır. Onlardan Həsənlilərın tarixdə öz yeri olan Təkəli tayfasından olmaqla Cəlilabad rayonunun Təklə kəndindən, Feyruzlu və Nəcililərin isə Ərdəbil ətrafından bir neçə əsr əvvəl gələrək bu kənddə məskunlaşdığı kənd əhalisinə məlumdur. Lakin kəndin ərazisində olan yer adlarının çoxunun talış dilində olması kənd əhalisinin çoxunun talışlardan ibarət olmasını izah edir.

Çox güman ki, əvvəllər burada indikindən daha böyük bir yaşayış məntəqəsi olmuşdur. Yaxın keçmişdə Zövnə, ərazinin ən böyük kəndi olmuşdur. Lakin, əhalinin keçən əsrin əllinci illərindən sonra əsasən Sumqayıt və digər şəhərlərə kütləvi şəkildə köçməsi kəndin əhalisinin azalmasına səbəb olmuşdur. Hazırda, əslən bu kənddən olub Sumqayıt şəhərində yaşayanların sayı kəndin özündə yaşayanların sayından təxminən on dəfə çoxdur. Kəndin yaxınlığında XIX əsrə qədər "Lara", daha əvvəllər isə, "Hindona" kəndləri mövcud olmuşdur. Bu yerlərdə olan çoxlu kütləvi məzarlıqlar bu mülahizə üçün açıq aşkar bir dəlildir. Mülahizəyə görə Hindona adlanan yerdəki qəbiristanlıqdakı məzarlar vəba və yaxud taun xəstəliyi səbəbindən həyatını itirənlərə məxsusdur. Lakin məzarlıqlarda olan qoç qəbirüstü abidələri dəfn edilən şəxslərin Qaraqoyunlu və ya Ağqoyunlu dövlətlərinin döyüşçülərinin olması ehtimalına gətirib çıxarır ki, bu da həmin məzarlıqların döyüşlər nəticəsində yaranması nəticəsinə gəlməyə əsas verir.

Coğrafiyası və iqlimi

Kənd Lerik rayonunun şimal qərbində, Peştəsər silsiləsinin ətəyində, Pornayım adlanan ərazidə, qədim "Qız" və "Oğlan" qalaları ilə üz–üzə, rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kənd Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Lənkəran qəzasının "Vərgədüz" nahiyəsinin tərkibində olmuş, Sovet hakimiyyəti qurulduqdan sonra 1938-ci ilə qədər Sovet Azərbaycanının "Vərgədüz" rayonunun inzibati ərazisinə aid olmaqla, sonradan "Zuvand" rayonunun tərkibinə daxil edilmişdir.

Ərazisinin əksər hissəsi təbii olaraq meşələrlə örtülüdür. Şehri–Tük çayı boyunca Gəndov (Lerik) kəndi ilə, daha sonra isə, Osyodərə (Lerik), Züvüc (Lerik), Əngəvül (Yardımlı) və Bilnə (Yardımlı) kəndləri ilə əhatələnib. Yayı isti və quraq, qışı isə soyuq və şaxtalı olur. Yanvar ayının orta temperaturu 1–4 C°, iyulun orta temperaturu isə 36–38 C° təşkil edir.

Əhalisi

Əhalisi 337 nəfərdir. Zövnə kiçik kənd olmasına baxmayaraq Böyük Vətən Müharibəsi illərində kənddən cəbhəyə 30-a yaxın adam getmişdir və onlardan 22-i şəhid olmuş (yəni:qara kağızı gəlmişdir, bəlkə də sağ qalanı olub) qalanları isə sağ–salamat vətənə qayıtmışdır. Həmçinin Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Kazımov Fərman Salman oğlu şəhid olmuş (Ağdərədə). Əliyev Tələt Əli oğlu isə 2 dəfə yaralanaraq qazi kimi kəndə dönmüşdür. Zövnə kəndi həmçinin bir sıra ziyalıların da doğma kəndidir. Hazırda Şabran rayonunun İcra Başçısı olan Novruz Novruzov, uzun illər Zövnə və digər qonşu kəndlərdə həkimlik etmiş mərhum Əli Əliyev, Kürdəmir Rayon Polis Şöbəsinin rəis müavini Mehman Novruzov da bu kəndin yetirməsidir. Bundan başqa polis, hərbi, səhiyyə, təhsil və digər dövlət orqanlarında işləyən kəndin yetirmələri də az deyil. Hal–hazırda kənd məktəbindəki müəllimlərin də əksəriyyəti bu kəndin öz sakinləridir və həmçinin hazırda respublikamızın müxtəlif nüfuzlu ali məktəblərində təhsil alan Zövnə gəncləri yetərincə vardır.

İqtisadiyyatı

Yaşayış məntəqəsində kənd təsərrüfatı, xüsusilə maldarlıq və əkinçilik inkişaf edib. Kəndin əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Maldarlıq və əkinçilik başlıca təsərrüfat sahələridir. Həmçinin sakinlər həyətyanı sahələrdə fərdi istifadə üçün meyvə və tərəvəzlər yetişdirilir. SSRİ zamanı Səməd Vurğun adına kolxoza məxsus olmuş üzümlük və digər sahələr 1996-cı ildə kənd sakinlərinin xüsusi istifadəsinə verilmişdir (fərdi olaraq) və hazırda taxıl sahəsi kimi istifadə olunur.

Əvvəllər Zövnə kəndində mövcud olmuş susuzluq problemi də son illərdə öz həllini tapmışdır. 1996-cı ildə hələ o vaxt Lerik Rayon İcra Başcısı vəzifəsində çalışan N.Novruzovun şəxsi təşəbbüsü ilə Böyük Vətən Müharibəsində həlak olan şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq ümumkənd istifadəsi üçün "Xatirə" bulağı inşa olunmuş, daha sonra isə qazılmış 1 neçə artezian quyusu bu susuzluq problemini köklü olaraq həll etmişdir.

Mədəniyyəti

Kənddə kitabxana, klub mövcuddur.

Təhsil

Kənddə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş F.Kazımovun adını daşıyan 9 illik orta məktəb fəaliyyət göstərir.

Din

2012-ci ildə isə kənd ağsaqqalı Həsənağa Qasımovun şəxsi təşəbbüsü ilə məscid binası ucaldılıb.

Kənddə Zövnə kənd məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zövnə haqqında məlumat. Zövnə nədir? Zövnə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İstilikkeçirmə

  • Fevral 27, 2026

    Zeydilər

  • Fevral 27, 2026

    Nikkolo Paqanini

  • Fevral 27, 2026

    Qramatika

  • Fevral 27, 2026

    Sexemxet

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst