Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Etnos (yun. ἔθνος / éthnos, azərb. xalq‎) — sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanları

Etnos

  • Ana Səhifə
  • Vikipediya
  • Etnos

Etnos (yun. ἔθνος / éthnos, azərb. xalq‎) — sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu. Etnos üzvlərinin öz qrup vəhdətini dərk etmələrinə etnik özünü dərketmə deyilir; bunun da zahiri əlaməti özünü adlandırma — etnonimdir. Etnosun sabitliyi bir sıra amillərlə, ilk növbədə endoqamiya ilə bağlıdır. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səçiyyəvidir. Bütün bunlara etnik (etnogenetik) proseslər deyilir. Həmin proseslər nəticəsində yeni etnik hala keçid baş verə bilər. Etnoqrafik tədqiqat obyekti mənasında etnos termini XX əsrin əvvəlində yaranmış və rus alimi S.M.Şirokoqorovun (1887—1939) adı ilə bağlıdır.

Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur. Bəzən etnik inkişaf mürəkkəb xarakter daşıyır və bu proseslər eyni vaxtda baş verir. Konsolidasiya bir neçə qohum etnosun böyük bir xalqa çevrilməsinə, ya da sosial - iqtisadı, mədəni inkişaf nəticəsində formalaşmış xalqın daha da mürəkkəbləşməsinə deyilir. Birinci halda bu etnoslar arası, ikinci halda isə etnosdaxili konsolidasiya adlanır. Assimilyasiyanın mahiyyəti ondan ibarətdir ki, bir xalqın müəyyən qrupları bütöv xalq, başqa bir xalqın içərisində yaşayaraq, uzunmüddətli təmas nəticəsində onun mahiyyətini götürür, dilini öz dili sayır və özünün əvvəlki etnik birliyə mənsubiyyətinə qəbul etmir. Milli özünüdərkin dəyişməsi bu prosesin sonu sayılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Etnos haqqında məlumat. Etnos nədir? Etnos nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Olimpiya

  • Fevral 27, 2026

    Sərdar Fərəcov

  • Fevral 28, 2026

    Slack (proqram)

  • Fevral 27, 2026

    Tətbiqi dilçilik

  • Fevral 27, 2026

    1UP.com

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst