Bakı dairəsi və ya Bakı mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi.
| Bakı dairəsi | |
|---|---|
| Ölkə |
|
| İnzibati mərkəz | Bakı |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 8 aprel 1929 |
| Ləğv edilib | 8 avqust 1930 |
![]() Bakı dairəsi 1930-cu ilin yanvar–avqust aylarında | |
Tarixi
Bakı dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Bakı qəzasını əvəz etmişdir.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Bakı dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakı dairəsi haqqında məlumat. Bakı dairəsi nədir? Bakı dairəsi nə deməkdir?
