Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəhman Nəbiyeviç Nəbiyev (tac. Раҳмон Набиевич Набиев; 5 oktyabr 1930, Qafurov rayonu[d], Soqd vilayəti – 11 aprel 1993, Xücənd) —Tacikistan və SSRİ partiya və

Rəhman Nəbiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Rəhman Nəbiyev

Rəhman Nəbiyeviç Nəbiyev (tac. Раҳмон Набиевич Набиев; 5 oktyabr 1930, Qafurov rayonu[d], Soqd vilayəti – 11 aprel 1993, Xücənd) —Tacikistan və SSRİ partiya və dövlət xadimi, Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1982–1985), müstəqil Tacikistan Respublikasının 1-ci Prezidenti (1991–1992). Nəbiyevin qısa prezidentlik dövrü Tacikistanda respublikada hakimiyyətin yenidən bölüşdürülməsi istəyindən qaynaqlanan vətəndaş müharibəsinin başlaması ilə əlamətdar olmuşdur. 7 sentyabr 1992-ci ildə təzyiq altında istefa vermiş və 7 ay sonra müəmmalı şəraitdə vəfat etmişdir.

Rəhman Nəbiyev
tac. Раҳмон Набиевич Набиев
Tacikistan Prezidenti
2 dekabr 1991 – 7 sentyabr 1992
Şəxsi məlumatlar
Doğum tarixi 5 oktyabr 1930(1930-10-05)
Doğum yeri
  • Qafurov rayonu[d], Soqd vilayəti, Tacikistan MSSR, SSRİ
Vəfat tarixi 11 aprel 1993(1993-04-11) (62 yaşında)
Vəfat yeri
  • Xücənd, Soqd vilayəti, Tacikistan
Vəfat səbəbi infarkt[d]
Dəfn yeri
  • Xücənd
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti siyasətçi
Dini İslam, sünnilik
Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Regional nomenklaturadan çıxan Nəbiyev 1982-ci ildə Tacikistan Kommunist Partiyasının birinci katibi kimi hakimiyyətə gəlmişdir. 1985-ci ildə korrupsiya qalmaqalı ilə hakimiyyətdən uzaqlaşdırılmışdır. Tacikistan liderləri 1991-ci ilin sentyabrında Tacikistan Respublikasının müstəqilliyini elan etdikdən sonra Rəhman Nəbiyev 31 avqustda hakimiyyətə qayıtmış, ancaq prezident seçkiləri kampaniyası zamanı ofisini boşaltması üçün təzyiqlər artdığı üçün 6 oktyabrda istefa vermişdir. Seçkilərlə bağlı mübahisələr 1992-ci ilin mayında müxalifətin küçə nümayişlərinə səbəb olmuşdur ki, bu da vətəndaş müharibəsinə çevrilmişdir. Döyüşlər şiddətlənmiş, Nəbiyevin özünün hökumətyönlü silahlı dəstələri 1992-ci ilin sentyabrında dövlət çevrilişi etmişdir. O, təhlükəsizliyini nəzərə alaraq vəzifəsindən istefa vermiş, Leninabad vilayətinə qayıtmışdır. 1992-ci ilin dekabrına qədər Kulab vilayətinin keçmiş aparatçısı, hərbi liderə çevrilmiş Emoməli Rəhmon hakimiyyətdə idi. Rəhman Nəbiyevin ölümünün səbəbi aydın deyil. Rəsmi olaraq infarktdan vəfat etmişdir, lakin digər versiyalara görə, o, intihar etmiş və ya sui-qəsdə uğramışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəhman Nəbiyev haqqında məlumat. Rəhman Nəbiyev nədir? Rəhman Nəbiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    87 (ədəd)

  • Fevral 27, 2026

    Novator

  • Fevral 28, 2026

    Port Vila

  • Fevral 25, 2026

    Qızılquş

  • Fevral 23, 2026

    Musa (peyğəmbər)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst