Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tarixi-Təbəri (ərəb. تاريخ الطبري‎) və ya Tarixul-üməm vəl-müluk (ərəb. تاريخ الأمم والملوك‎) — Təbərinin ümumi tarixlə bağlı əsəri.

Tarixi-Təbəri

  • Ana Səhifə
  • Vikipediya
  • Tarixi-Təbəri

Tarixi-Təbəri (ərəb. تاريخ الطبري‎) və ya Tarixul-üməm vəl-müluk (ərəb. تاريخ الأمم والملوك‎) — Təbərinin ümumi tarixlə bağlı əsəri.

Tarixi-Təbəri
ərəb. تاريخ الرسل والملوك‎
Müəllif Təbəri
Janr salnamə[d]
Orijinalın dili ərəb dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əsər

Əsərin digər adları bunlardır: "Tarixur-rusul vəl-muluk", "Tarixur-rusul vəl-ənbiya vəl-muluk vəl-xuləfa", "Əxbərür-rusul vəl-muluk".

Təbəri əsəri hicri 303-cü (915–16) ildə bitirmiş və bu əsər ona "əbül-müərrihin" və "şeyxül-müərrihin" titullarını qazandırmışdır.

Əsər rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir.

Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur.

İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302-ci (915) ilin hadisələri ilə tamamlanır.

Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən çoxlu sayda rəvayətlərlə üzləşir. Lakin onların məzmunları ilə bağlı hec bir tənqid və təhlilə girişmir. Belə ki, onun üçün yalnız sənədin səhih olaması kifayət edir. Əsərdə əsasən mədəni məsələlərə deyil, siyasi məsələlərə diqqət yetirilir. Təbəri bu kitabın yazılmasında öz əsrində mövcud olan ən ümdə mənbələrdən istifadə etmişdir.

Əsər böyük rəğbət görmüş, müxtəlif dillərə (alman, fransız, türk və s.) tərcümə edilərək müxtəlif yer (Leyden, İstanbul, Beyrut və s.) və tarixlərdə (1879–1901, 1928, 1939, 1983 və s.) dəfələrlə nəşr edilmişdir.

Ədəbiyyatlar

  • Ülviyyə Ağayeva. "Təbəri tarixi" (az.). ebedinur.net. 12 iyun 2012. İstifadə tarixi: 28 yanvar 2014.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tarixi-Təbəri haqqında məlumat. Tarixi-Təbəri nədir? Tarixi-Təbəri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ronaldinyo

  • Fevral 27, 2026

    İncəsu

  • Fevral 27, 2026

    Şorca (Göyçə)

  • Fevral 27, 2026

    Fırtınaquşular

  • Fevral 27, 2026

    Cibuti (şəhər)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst