Sayqak (lat. Saiga tatarica) – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica).
| Sayqak | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sayqak | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Sayqakların qalıqları əsasən şimali Avrasiyada tapılır və onların ən erkən nümunələri pleystosen epoxasına aiddir.
Yayılması
İki təcrid olunmuş sahədə yayılmışdılar: Monqol Altayından cənubda, Baytaq-Boqdo zirvəsi yanında və Monqol Altayından şimalda Böyük göllər çalasında. Hal-hazırda ancaq ancaq Monqol Altayından şimalda Şarqın Qobi səhrasında qalıb. Areal 4–5 min km².-i keçmir.
Sayları 1984-cü ildə 100–150 başı keçmirdi. Monqol sayqakının sayının azalması brakonyerliklə və otlaqlarının ev heyvanlarının sürüləri tərəfindən tutulması ilə əlaqədardır. Qanunla qorunurlar.
2010-cu illərin ortasında sayqakların sayı kəskin şəkildə azalmışdı. 15 il ərzində 95% azalma müşahidə olunub. 2010-cu ilin mayında Qazaxıstanın Ural bölgəsində yaşayan 26 min sayqakdan təxminən 12 mini ölü tapılmışdır. Bu pasterellyoz infeksiyasının nəticəsi idi. Lakin, yoluxmaların təkiki nə olduğunu hələ də bilinmir. 2015-ci ilin mayında daha bir infeksiya (ehtimal ki, həmin həstəlik) ölkənin üç şimal bölgəsində olunub. Mayın 28-də Qazaxıstanın mərkəzində yerləşən Betpak-Dalada 120 min sayqakı ölümü təsdiqlənmişdi. Bu sayqakların ümumi dünya əhalisindən təxminən üçdə birini təşkil edirdi. 2016-cı ilin aprelində sayqakların sayı həmin ərazisində 31 mindən 36 minə qədər çoxalıb. Qazaxıstan boyu 2021-ci ilin aprelinin hesabatı göstərib ki, sayqakların sayı 334 mindən 842 minə qədər çoxalıb. Bunun səbəbləri arasında hökumətin brakonyerliyə qarşı və konservasiya tədbirləri var idi.
Çoxlanması
Cütləşmə vaxtı erkək bir neçə dişi ilə birgə olur. Boğazlıq vaxtı 5 aydır. Dişi 1–2 bala gətirir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sayqa haqqında məlumat. Sayqa nədir? Sayqa nə deməkdir?
