Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rostok — Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhər. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demo

Rostok

  • Ana Səhifə
  • Vikipediya
  • Rostok

Rostok — Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhər. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demokratik Respublikası dağılmazdan öncə şəhərin əhalisi 260.000 nəfərdən çox olsa da, Almaniyanın birləşməsindən sonra əhalinin bir çoxu işsizlik və aşağı həyat səviyyəsi səbəbi ilə Almaniyanın qərb əyalətlərinə köç edib. Rostok şəhəri Baltik dənizi sahilində yerləşir və hər il buraya çoxlu sayda turist gəlir. Varnov çayı şəhərin ortasından axaraq şəhəri iki yerə bölür. Şəhərin ən sıx infrastruktur olan bölgəsi çayın qərb sahilində yerləşir. Şəhərin ən sıx əhali olan bölgələri qərb və cənub-qərb tərəfləridir. Rostok şəhəri liman şəhəri olaraq tanınır və şəhərin beynəlxalq limanı şəhərin şərqində yerləşir. Bundan başqa Rostokda Avropanın ən qədim universitetlərindən biri olan Rostok Universiteti yerləşir.

Rostok
Rostock
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
54°05′ şm. e. 12°08′ ş. u.HGYO
Ölkə
  •  Almaniya Federativ Respublikası
Tarixi və coğrafiyası
Əsası qoyulub XIII əsr
İlk məlumat 1161
Sahəsi
  • 181,36 km² (2016, 2017)
Mərkəzin hündürlüyü 18 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi 204 260 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 381
Poçt indeksi 18001, 18181, 18059
Nəqliyyat kodu HRO
Digər
rostock.de
Xəritəni göstər/gizlə
Rostok xəritədə
Rostok
Rostok
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

11-ci əsrdə Polabiya slavyanları Varnov çayı sahilində Roztok adlı yaşayış məskəninin əsasını qoyublar, şəhərin Rostok adı da buradan qaynaqlanır. 1161-ci ildə Danimarka kralı Valdemar I şəhəri tamamilə yandırdı. Daha sonra bu ərazidə alman ticarətçiləri məskən saldılar. İlkin olaraq burada üç ayrı şəhər var idi. 1218-ci ildə Meklenburq şahzadəsi tərəfindən Rostoka şəhər statusu verildi. 1251-ci ildə şəhər Hanza Liqasının üzvü oldu. 14-cü əsrdə bu şəhər 12000 nəfər əhalisi olan böyük bir şəhərə və Meklenburq ərazisindəki ən böyük liman şəhərinə çevrildi.

  1. ArchINFORM (alm.). 1994.
  2. https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
  3. . Statistisches Bundesamt.
  4. https://it-ch.topographic-map.com/map-d2q2tf/Rostock/?zoom=19&center=54.08868%2C12.14131&popup=54.08876%2C12.14117.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rostok haqqında məlumat. Rostok nədir? Rostok nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Uzundərə (Ağdam)

  • Fevral 27, 2026

    Bürokrat

  • Fevral 27, 2026

    Tilia

  • Fevral 27, 2026

    Jujan dili

  • Fevral 27, 2026

    Aksessuar (geyim)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst