Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anna Qriqoryevna Dostoyevskaya (rus. Анна Григорьевна Достоевская; 30 avqust (11 sentyabr) 1846, Sankt-Peterburq – 9 iyun 1918, Yalta) — Rusiyalı memorist, sten

Anna Dostoyevskaya

  • Ana Səhifə
  • Vikipediya
  • Anna Dostoyevskaya

Anna Qriqoryevna Dostoyevskaya (rus. Анна Григорьевна Достоевская; 30 avqust (11 sentyabr) 1846, Sankt-Peterburq – 9 iyun 1918, Yalta) — Rusiyalı memorist, stenoqraf, filatelist. O, Dostoyevskinin həm köməkçisi, həm də ikinci həyat yoldaşı (1867-ci ildən) olmuşdur. O, Fyodor Dostoyevskinin həyatından bəhs edən iki bioqrafik əsər yazmışdır: ölümündən sonra 1923-cü ildə nəşr edilən Anna Dostoyevskayanın 1867-dəki gündəliyi və 1925-ci ildə nəşr edilən Anna Dostoyevskayanın xatirələri

Anna Dostoyevskaya
rus. Анна Григорьевна Достоевская
Doğum adı Анна Григорьевна Сниткина
Doğum tarixi 30 avqust (11 sentyabr) 1846(1846-09-11)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 9 iyun 1918(1918-06-09) (71 yaşında)
Vəfat yeri
  • Yalta, Yalta qəzası[d], Tavriya quberniyası[d]
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Həyat yoldaşı
  • Fyodor Dostoyevski (1867)
Fəaliyyəti gündəlik yazıçısı[d], court stenographer[d], stenotypist[d], memuarçı, naşir, philatelist
Əsərlərinin dili rus dili
Vikimənbənin loqosu Anna Dostoyevskaya Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Anna Mariya Anna və Qriqori İvanoviç Snitkin cütlüyünün övladı idi. O, akademik liseydən məzun olmuş və ardınca stenoqraflığı tədris etmişdir.

Evlilik

Anna Snitkina 4 oktyabr 1866-cı ildə Fyodor Dostoyevskinin "Qumarbaz" romanının stenoqrafı olaraq işləməyə başlamışdır. Bir ay sonra onlar nişanlandılar.

Anna Xatirələr kitabında Dostoyevskinin ona evlilik təklifini sanki xəyali romanında qadın psixologiyasını anlamaq üçün onun məsləhətinə ehtiyacı varmış kimi davranaraq etdiyini deyir. Hekayədə qoca rəssam Anya adlı gənc qıza evlilik təklifi edir. Dostoyevski çox gənc və fərqli xarakterdə olan bir qızın rəssama aşiq olub ola bilməyəcəyini soruşur. Anna da bunun tamamilə mümkün olduğunu deyir. Dostoyevski Annaya: "Özünü bir anlıq o gənc qızın yerinə qoy. Təsəvvür et ki, mən rəssamam, sənə etiraf edirəm və mənim həyat yoldaşım olmağını istəyirəm. Nə cavab verərdin?" Anna dedi: " Səni sevirəm və hər zaman sevəcəm cavabını verərdim".

Cütlük 15 fevral 1867-ci ildə evləndilər. İki ay sonra onlar xaricə getdi və təxminən dörd ildən çox orada qaldılar (1871-ci ilin iyuluna qədər). Buranı tərk etmədən çox qısa müddət əvvəl Dostoyevskinin kreditorlarından ikisini onu məhkəməyə verdilər.

Dostoyevski Badendə olarkən arvadının paltarları və digər əşyaları daxil olmaqla, bütün pulunu ruletdə itirdi. Anna Dostoyevski kimi qumar manasını mənəvi şəxsiyyətindən boşatmaqda və bunu həqiqi xarakterinə yad bir şey kimi qəbul etməyi bacardı. O vaxtdan sonra Anna gündəlik yazmağa başladı. Onlar, demək olar ki, bir il Cenevrədə yaşadılar. Dostoyevski öz sərvətini yenidən qazanmaq üçün çox çalışdı. 22 fevral 1868-də onların il qızı Sofiya doğuldu, ancaq Sofiya üç aylıq olanda öldü. Drezdendə 1869-cu ildə onların ikinci qızı Lyubov Dostoyevskaya dünyaya gəldi (1926-cı ildə ölmüşdü). Sankt-Peterburqda olarkən Anna iki erkək övlad dünyaya gətirdi: Fyodor (16 iyul 1871 – 4 yanvar 1922) və Aleksey (10 avqust 1875 – 16 may 1878). Anna biznes problemləri və danışıqları da daxil olmaqa, bütün maliyyə məsələlərini öz üzərinə götürdü və ərini tezliklə borcdan xilas etdi. 1871-ci ildə Dostoyevski qumar oynamağı tərgitdi.

Ölümü

Dostoyevski 1881-ci ildə öləndə Annanın 35 yaşı var idi. Buna baxmayaraq o, heç vaxt ailə həyatı qurmadı. Anna Dostoyevskaya 1918-ci il 9 iyun tarixində vəfat etdi.

Ədəbiyyat

  • Kjetsaa, Geir. A Writer's Life. Fawcett Columbine. 15 yanvar 1989.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anna Dostoyevskaya haqqında məlumat. Anna Dostoyevskaya nədir? Anna Dostoyevskaya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Naxçıvan sancağı

  • Fevral 27, 2026

    Adi şaftalı

  • Fevral 27, 2026

    Əşareyi-Mübəşşirə

  • Fevral 27, 2026

    Qroningen FK

  • Fevral 27, 2026

    T4 əməliyyatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst