Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Gümrü, İrəvan quberniyası) — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya qurbanı.

Qambay Vəzirov

  • Ana Səhifə
  • Vikipediya
  • Qambay Vəzirov

Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Gümrü, İrəvan quberniyası) — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya qurbanı.

Qambay Vəzirov
Qambay Məmməd oğlu Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi 19 avqust 1889
Doğum yeri Gümrü, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 13 oktyabr 1937 (48 yaşında)
Vəfat yeri SSRİ
Vəfat səbəbi repressiya
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Həyat yoldaşı İzzət Qiyasbəyli
Təhsili
  • M. V. Frunze adına Hərbi Akademiya,
  • İrəvan kişi gimnaziyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti ADR Ordusu,
Sovet Ordusu
Qoşun növü dağ qoşunu
Xidmət illəri 1937-dən əvvəl
Rütbəsi komdiv
Komandanlıq edib
  • 77-ci dağatıcı diviziya
Döyüşlər Basmaçılara qarşı mübarizə
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni (Azərbaycan SSR) — 19301930 "Qırmızı bayraq" ordeni — 19221922
"Qırmızı ulduz" ordeni

Mündəricat

Həyatı

İlk (yeddiillik) təhsilini İrəvan kişi gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920–1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur.

Hərbi təhsili

Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.

Döyüş yolu

1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.

Vəzirov nümunəvi döyüş komandiri kimi, 1930–1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışmışdı. 1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilmiş, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.

Ölüm səbəbi

1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilmişdir.

Mükafatları

  • "Qırmızı Ulduz" ordeni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qambay Vəzirov haqqında məlumat. Qambay Vəzirov nədir? Qambay Vəzirov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ludoviko Karraççi

  • Fevral 27, 2026

    Şabalıd

  • Fevral 27, 2026

    Windows 98

  • Fevral 27, 2026

    Trüqve Li

  • Fevral 27, 2026

    Skone (bölgə)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst