Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eldar Rza oğlu İbrahimov (12 mart 1945, Cəhri, Naxçıvan rayonu) — Azərbaycanın siyasi xadimi, on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinin, on ikinci çağırış

Eldar İbrahimov

  • Ana Səhifə
  • Vikipediya
  • Eldar İbrahimov

Eldar Rza oğlu İbrahimov (12 mart 1945, Cəhri, Naxçıvan rayonu) — Azərbaycanın siyasi xadimi, on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinin, on ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Şuranın üzvü, Azərbaycan Respublikası I, II, III, IV, V, VI və VII çağırış Milli Məclisinin deputatı, iqtisadi elmləri doktoru, professor.

Eldar İbrahimov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
24 noyabr 1995-ci ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 12 mart 1945(1945-03-12) (80 yaş)
    Doğum yeri
    • Cəhri, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Azərbaycan Dövlət Aqrar Universiteti
    Fəaliyyəti siyasətçi

    Təltifləri "Şərəf" ordeni — 20152015 "Şöhrət" ordeni — 200520051-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20252025 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Həyatı və fəaliyyəti

    Eldar İbrahimov 12 mart 1945-ci ildə Naxçıvan MSSR Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirmişdir.

    1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır.

    Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hal-hazırda VI çağırış Milli Məclisin İntizam komissiyasının sədridir. Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir.

    Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

    Ailəlidir 3 övladı var. Böyük oğlu Rza İbrahimov 2001-ci ildə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində diplomatik xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə 29 yaşında avtoqəzada həyatını itirmişdir.

    2024-cü il oktyabrın 8-də Azərbaycan — Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

    3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının sədri seçilib.

    Təltifləri

    • "Şöhrət" ordeni — 2005-ci il
    • "Şərəf" ordeni — 2015-ci il.
    • 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni — 11.03.2025-ci il

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eldar İbrahimov haqqında məlumat. Eldar İbrahimov nədir? Eldar İbrahimov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Rusiya Respublikası

    • Fevral 27, 2026

      Dalğa uzunluğu

    • Fevral 27, 2026

      2020-ci illər

    • Fevral 27, 2026

      Gənclərbirliyi İK

    • Fevral 27, 2026

      I Firuz

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst