Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arximed (yun. Ἀρχιμήδης ὁ Συρακόσιος təq. e.ə. 287[…] – e.ə. 212[…]), tarixi Azərbaycandilli mənbələrdə Ərşimid (az.-əski. ارشميد‎) — Antik dövrün məşhur yunan

Arximed

  • Ana Səhifə
  • Vikipediya
  • Arximed

Arximed (yun. Ἀρχιμήδης ὁ Συρακόσιος təq. e.ə. 287[…] – e.ə. 212[…]), tarixi Azərbaycandilli mənbələrdə Ərşimid (az.-əski. ارشميد‎) — Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı və fiziki.

Arximed
q.yun. Ἀρχιμήδης ὁ Συρακόσιος
Doğum adı Ἀρχιμήδης
Doğum tarixi təq. e.ə. 287(-287)[…]
Vəfat tarixi e.ə. 212(-212)[…] (74–75 yaşında)
Atası Fidiy[d]
Elm sahələri həndəsə, riyaziyyat, mexanika, texniki elmlər, astronomiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arximed e.ə. 287-ci ildə Siciliya adasında yerləşən Sirakuza şəhərində riyaziyyatçı ailəsində anadan olmuşdur. Onun atası Fidia (yun. Phidias), Siciliyanın şahı II Heronun dostu, riyaziyyatçı və astronom olub, oğluna yaxşı təhsil vermişdir. Arximed bir müddət İsgəndəriyyənin Muzey məktəbində təhsil aldıqdan sonra Sirakuzayaya qayıdır və ömrünün sonuna kimi orada yaşayır. İsgəndəriyyədə olduğu vaxtda o riyaziyyatçı və astronom Eratosfenlə görüşür və ondan dərs alır. Arximed geriyə qayıtdıqdan sonra uzun müddət onunla yazışır. Muzeyin kitabxanasında məşğul olan Arximed Demokritin, Evdokisin, Evklidin və başqa məşhur alimlərin işləri ilə yaxından tanış olur.

Arximedin anadan olduğu il, bizanslı tarixçi Johannnes Tzetzesin (Johannnes Tzetzes) əlyazmalarında Arximedin 75 il yaşamasını yazması əsasında hesablanır. Bir çox tarixi qaynaqlarda Sirakuza şəhərində romalıların hücumu zamanı b.e.ə. 212-ci ildə qətlə yetirilən Arximedin 75 il yaşadığı güman edilərək 287-ci ildə anadan olduğu deyilir. Arximedin ölümünü təsvir edən müxtəlif tarixi əlyazmalar bizə gəlib çatmışdır. Bu səlnamələr bir-birindən yalnız xırda detallarla fərqlənərək onların hamısı Arximedin öz həndəsi məsələsinin həlli üzərində düşünən zaman romalı əsgər tərəfindən qətlə yetirildiyi bildirilir. Plutarx (yun. Plutarch) yazır ki, Arximed vəfatından qabaq onun qəbri üstündə içərisində kürə olan silindri və onun üzərində bu həndəsi fiqurların bir-birinə olan münasibətini, yəni 2:3 həkk edilməsini vəsiyyət edibmiş.

B.e.ə. 75-ci ildə Plutarx Siciliyaya səyahət edən zaman həmin silindri Arximedin qəbri üstündə aşkar edir.

İşləri

Arximed İsgəndəriyyədə təhsil aldıqdan sonra Sirakusiyaya yetişmiş bir riyaziyyatçı kimi qayıdır. Əsasən, riyaziyyatla məşğul olan Arximed öz işlərini bir neçə əlyazmasında cəmləşdirmişdir. Onun riyaziyyat haqqındakı aşağıdakı elmi əsərləri bizə gəlib çatmışdır:

  • "Konoida və sfereoidlər",
  • "Spiral haqqında",
  • "Qum rəqəmləri",
  • "Üzən cisimlər",
  • "Kürə və silindr",
  • "Çevrənin ölçülməsi",
  • "Tarazlıqda olan səthlər".

Bunlardan yalnız sonuncu üç əsər indiyə qədər orijinal formada qalmışdır. Yerdə qalan əsərlər müxtəlif vaxtlarda müxtəlif adamlar tərəfindən köçürülüb və izahatlar əlavə edildiyindən, hətta onların xronoloji ardıcıllığını müəyyənləşdirmək çətinlik yaradır.

Arximed bir riyaziyyatçı kimi fəaliyyət göstərsə də , o dövrünün gündəlik problemlərinin həllindən də kənarda qalmamışdır. Sirakusiyada yaşayan Arximed özünün ilk işlərindən bir neçəsini mexanikaya həsr edir. Lingin və polipastin işləmə prinsipi, vint, cisimlərin ağırlıq mərkəzi və Arximed qanunu mexanika sahəsində onun etdiyi vacib ixtiralardandır. Bundan əlavə Arximed o dövrün ən məşhur mühəndis və konstruktorlarından sayılırdı. Misirdə olduğu zaman tarlaları suvarmaq üçün ixtira etdiyi Arximed vinti, nizələri, oxları və mərmiləri uzaq məsafələrə atmaq üçün işlədilən katapultlar, gəmiləri batırmaq üçün kranlar Arximedin şöhrətini əbədiləşdirən işlər olmuşlar. Onun tərəfindən müxtəlif həndəsi fiqur və cisimlərin səthinin sahəsi və həcminin təyin edilməsinin yeni metodları işlənib hazırlanmış, çevrənin uzunluğunun hesablanması düsturu təklif edilmiş, hidrostatika və nəzəri mexanikanın təməli qoyulmuş, planetari, suqaldırıcı maşın, atıcı döyüş topları və s. düzəldilmişdir.. Təəssüf olsun ki, bu maşınlar və başqa ixtiraları haqqında Arximed heç bir əlyazma qoymamışdır. Plutarx bu haqqda yazır:" Arximed elmlə o qədər məğrur idi ki, ona şöhrət gətirən ixtiralar haqqında o heç bir əsər yazmamışdır." Buna baxmayaraq Arximedin "oyuncaqlar" adlandırdığı qurğular böyük tarixi ixtiralar olduğundan onun ölümündən sonra antik dövrün bir çox mühəndislərinin əsərlərində özünə yer tapmışdır. Bu maşınların böyük praktiki əhəmiyyəti onları nəsildən-nəsilə ötürərək illər boyu yaşatmışdır.

Arximedin bir mühəndis kimi etdiyi ilk ixtira lingin köməyi ilə yüklərin qaldırılmasında tətbiq olunan qüvvənin azaldılması olmuşdur. Ondan əvvəl də yüklərin tərpədilməsində linglərdən, onların tətbiqinin mexanizmini bilmədən istifadə etmişlər. Ancaq Arximed ilk dəfə olaraq lingin işləməsi nəzəriyyəsini işləyərək, tətbiq olunan qüvvə, qüvvə qolu ilə qaldırılan yük, yükün qət etdiyi yol arasındakı münasibəti göstərmişdir. Tarixdə "qızıl qol qaydası" kimi qalan qanun, yəni "qüvvədəki qazanc yolda itirilən məsafə ilə tərs mütənasibdir" kəlamı da Arximedə aiddir.

Arximed vinti

Arximed vinti

E.ə. 3-cü əsrdə Arximedin ixtira etdiyi suqaldıran maşın; bir ucu suya batırılan maili (üfüqə nəzərən təxminən 40°) boruda yerləşdirilmiş vintvarı səthi olan valdan ibarətdir. Vint külək və ya digər mühərrikin təsiri ilə fırladılır (təqr. 50 dövr/dəq sürətlə). Fırlanma zamanı vintvarı səth mayeni boru (nov) boyunca hərəkətə gətirərək 3–4 metr hündürlüyə qaldırır.

Arximed vintinin ixtirasını da tarixdə antik dövrün məşhur mühəndisi olan Arximedin adı ilə bağlayırlar. Vintin dəqiq tarixi məlum deyil. Belə güman edilir ki, insanlar vintin formasını təbiətdən götürmüşlər. Məsələn, ilbisin yuvasını və ya üzüm tənəyini vint formasına misal göstərmək olar.

Bu vintin işləmə prinsipi çox sadədir. Arximed vinti, indi bizə məlum olan sonsuz vintdən başqa bir şey deyildir. Sonsuz vint bir ucundan aşağıda yerləşən su çənində hərəkətli yerləşdirilir, o biri ucu isə müəyyən hündürlükdə yerləşən çəndə hərəkətli bərkidilir. Vintə fırlanma hərəkəti verildikdə vintlər arasında qalan su kütləsi hər dəfə yeni götürülən suyun hesabına yuxarıya sıxılaraq hərəkət etdirilir. Vintin ixtirasından sonra o, qaldırıcı maşınlarda, preslərdə və böyük qüvvə tələb olunan başqa maşınlarda da bu günə kimi geniş tətbiq edilir. Bugünkü maşınqayırmanın inkişafını vintlərsiz təsəvvür etmək çətin olardı.

Həmçinin bax

  • Arximed (ay krateri)
  • Arximed bağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arximed haqqında məlumat. Arximed nədir? Arximed nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rəqs

  • Fevral 24, 2026

    28 may

  • Fevral 27, 2026

    Asteraceae

  • Fevral 27, 2026

    PİD tənzimləyici

  • Fevral 27, 2026

    Ta-Seti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst