Avstriya-Prussiya müharibəsi (Almaniya tarixində həm də Alman müharibəsi və Yeddihəftəlik müharibə, İtaliya tarixində isə Üçüncü istiqlaliyyət müharibəsi kimi tanınır) — 1866-cı ildə Prussiya krallığı və İtaliya ilə Avstriya imperiyası arasında baş vermiş hərbi münaqişə.
| Avstriya-Prussiya müharibəsi | |||
|---|---|---|---|
| Almaniyanın birləşdirilməsi (1871), Risorcimento | |||
![]() Georq Blaybtroy. Köniqqres döyüşü, 1869. | |||
| Tarix | 14 iyun — 23 avqust 1866 (2 ay 9 gün) | ||
| Yeri | Almaniya, Bohemiya, Şimali İtaliya | ||
| Səbəbi | Almaniya uğrunda Avstriya-Prussiya rəqabəti, İtaliyanın Venesiya, Triest, Trient və Cənubi Tirol ərzilərinə iddiası | ||
| Nəticəsi | Prussiyanın qələbəsi, Praqa və Vyana sülh müqavilələri | ||
| Münaqişə tərəfləri | |||
| |||
| Komandan(lar) | |||
| |||
| Tərəflərin qüvvəsi | |||
| |||
| | |||
Müharibədə ümumilikdə 29 dövlət bilavasitə iştirak etmiş, onlardan 13-ü Avstriya, 16-sı Prussiya tərəfində olmuşdur. Müharibə yeddi həftə davam etmişdir (15 iyun - 26 iyul 1866). Avstriya iki cəbhədə vuruşmaq məcburiyyətində qalmış, 1856-cı ildən bəri texnoloji çatışmazlığı və siyasi təcrid edilməsi onun bu müharibədə məğlubiyyətinə səbəb olmuşdur. 3 iyul 1866-cı ildə baş vermiş Sadova döyüşündə general-feldmarşal Moltkenin komandanlıq etdiyi Prussiya qoşunları Avstriya ordusunu darmadağın etdilər.
Avqustun 23-də bağlanmış Praqa sülh müqaviləsinə görə, Avstriya Holşteyni Prussiyaya verdi və Alman Birliyini tərk etdi. 1866-cı il müharibəsinin siyasi nəticəsi Avstriyanın rəhbərliyi altında Alman dövlətlərini birləşdirməkdən imtina etməsi və Almaniyadakı hegemonluğunu Şimali Alman İttifaqına, yeni bir konfederativ dövlət quruluşuna rəhbərlik edən Prussiyaya keçməsi oldu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avstriya–Prussiya müharibəsi haqqında məlumat. Avstriya–Prussiya müharibəsi nədir? Avstriya–Prussiya müharibəsi nə deməkdir?
