Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nikoloz Melitonoviç Barataşvili (gürc. ნიკოლოზ მელიტონის ძე ბართაშვილი; 4 dekabr 1817, Tiflis, Gürcüstan quberniyası – 9 (21) oktyabr 1845 və ya 21 oktyabr 1845

Nikoloz Barataşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Nikoloz Barataşvili

Nikoloz Melitonoviç Barataşvili (gürc. ნიკოლოზ მელიტონის ძე ბართაშვილი; 4 dekabr 1817, Tiflis, Gürcüstan quberniyası – 9 (21) oktyabr 1845 və ya 21 oktyabr 1845, Yelizavetpol, Tiflis quberniyası, Rusiya imperiyası) — gürcü şairi.

Nikoloz Barataşvili
gürc. ნიკოლოზ ბართაშვილი
Doğum tarixi 4 dekabr 1817(1817-12-04)
Doğum yeri
  • Tiflis, Tiflis qəzası, Gürcüstan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 9 (21) oktyabr 1845(1845-10-21) (27 yaşında) və ya 21 oktyabr 1845(1845-10-21) (27 yaşında)
Vəfat yeri
  • Yelizavetpol, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat səbəbi malyariya
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
  • Yelizavetpol
Təhsili
  • Birinci Tiflis gimnaziyası
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili gürcü dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nikoloz Barataşvili 27 dekabr 1817-ci ildə Tiflisdə anadan olmuşdu. Anası adlı-sanlı gürcü knyazı Zurab Orbelianinin qızı idi. Dayısı Qriqol Orbeliani də gürcü romantik ədəbiyyatının əsas simalarındandır. Maraq üçün deyək ki, Q. Orbeliani də 1829-cu ildə bir müddət Naxçıvanda ezamiyyətdə olmuşdur. Nikoloz rus, fransız və alman dillərini təhsil aldığı pansionda əla öyrənmişdi. Ən çox sevdiyi müəllimi Solomon Dodaşvili Gürcüstanın tanınmış maarifçilərindən idi. Sankt-Peterburq Universitetini bitirmiş Solomon 1832-ci ildə yaradılmış gizli cəmiyyətin üzvü idi. O da istəyirdi ki, Gürcüstan azad, müstəqil ölkə olsun. Qeyd edək ki, bu cəmiyyətin üzvlərinin əksəriyyəti Nikolozun (evdə onu hamı "Tato" çağırırdı) qohumları idilər: Qriqol Orbeliani, Aleksandr Çavçavadze, Georgi Eristavi, Aleksandr və Vaxtanq Orbelianilər. Onların hamısını Rusiyaya sürgünə göndərirlər.

1844-cü ilin noyabr ayında Nikoloz Barataşvilinin gimnaziyada birlikdə oxuduğu Levan Melikişvilini keçmiş Naxçıvan xanlığında yaradılmış qəzaya rəis təyin edirlər. O, məktəb yoldaşı Nikolozu özünə köməkçi təyin edir. Nikoloz o vaxtlar Poliçeyski küçəsində yerləşən Qəza İdarəsində (indiki Naxçıvanşünaslıq Mərkəzi yerləşən bina) işləyir və həmin məhəllədə də yaşayırdı. Əvvəllər heç kimi tanımayan Nikoloz darıxsa da, sonralar Naxçıvanın yaradıcı gəncləri ilə ünsiyyət qura bilir. Rus dilini bilən naxçıvanlı gənclərlə yaxından tanış olan şair o vaxtlar Naxçıvanda məşhur ədəbi məclis olan "Qonçeyi-Ülfət"in şeir yığıncaqlarında müntəzəm iştirak edirmiş. Nikoloz Barataşvilinin 1845-ci ildə Naxçıvandan dayısı qızı Maiko Orbelianiyə yazdığı məktubda deyilir: "İndi Naxçıvanda Qonçabəyim adında on səkkiz yaşlı qızın mahnıları məşhurdur. O, xan qızıdır, çox gözəl və cazibədardır. Yazıq öz ərindən çox yanıqlıdır, ondan ayrılmaq istəyir. Binəvanı 12 yaşında ikən ərə vermişlər. Əgər onların həyatını bilsəydiniz, gözəl bir romandır".

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nikoloz Barataşvili haqqında məlumat. Nikoloz Barataşvili nədir? Nikoloz Barataşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Puebla-de-Saraqosa

  • Fevral 27, 2026

    Beşbarmaq dağı

  • Fevral 24, 2026

    Şirvanşahlar

  • Fevral 27, 2026

    Skumbriyalar

  • Fevral 27, 2026

    Nəmin şəhristanı

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst