Qabriel Urben Fore (fr. Gabriel Urbain Fauré; 12 may 1845[…], Pamye[d] – 4 noyabr 1924[…], Paris) — fransız bəstəkar və müəllim.
| Qabriel Fore | |
|---|---|
| fr. Gabriel Urbain Fauré | |
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Gabriel Urbain Fauré |
| Doğum tarixi | 12 may 1845[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 4 noyabr 1924[…] (79 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | ağciyər iltihabı |
| Dəfn yeri |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | universitet müəllimi[d], bəstəkar, orqan ifaçısı[d], musiqişünas, musiqi pedaqoqu, müəllim, pianoçu, kapelmeyster |
| Fəaliyyət illəri | 1861–1924 |
| Janrlar | opera, klassik musiqi |
| Musiqi aləti | orqan[d] |
| Üzvlüyü |
|
| Mükafatları | |
![]() | |
Həyatı
Qabriel Fare 12 may 1845-ci ildə Fransanın Pamye şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 9 yaşı olanda Lui Nidermeyerin rəhbərlik etdiyi Kilsə musiqi universiteti nəzdində olan məktəbə daxil olmuşdur. Burada kilsəyə lazım olan orqan və xor ifaçılarını yetişdirirdilər.
1870-ci ildə Fransa-Prussiya müharibəsinin başlanması ilə Fore əsgərliyə çağırılmış və Parisin müdafiəsində iştirak etmişdir. Daha sonra Kilsə musiqi universiteti ilə birlikdə İsveçrəyə getmişdir. Qayıtdıqdan sonra əvvəlcə Sen-Lyulpis, 1874-cü ildə isə Madlen kilsəsində işləməyə başlamışdır.
1898-ci ildə Londona səfər etmiş və orada Moris Meterlink pyesi əsasında olan tamaşaya öz musiqisi ilə dirijorluq etmişdir.1905-ci ildə Paris konservatoriyasının direktoru olmuşdur. Ömrünün axırlarında eşitmə qabiliyyətini itirmiş və 1920-ci ildə direktor vəzifəsindən imtina etmişdir.
Yaradıcılıq
Forenin ən məşhur əsərləri "Rekviyem", "Madriqal", "Pelles və Melizanda" süitası, "Penelopa" operası, fleyta və fortepiano üçün texniki çətinliklər üzərində yaradılmış "Fantaziya"dır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qabriel Fore haqqında məlumat. Qabriel Fore nədir? Qabriel Fore nə deməkdir?

