Məhərrəm Quliyev (13 aprel 1968, Lənkəran) — Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini.
| Məhərrəm Quliyev | |
|---|---|
| |
Vəzifədədir | |
| 5 aprel 2019-cu ildən | |
| Əvvəlki | Nizaməddin Quliyev |
| 1 iyul 2011 – 5 aprel 2019 | |
| Əvvəlki | Elxan Usubov |
| Sonrakı | Nizaməddin Quliyev |
| 2003 – 200? | |
| Başçı | Zeynal Nağdəliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 13 aprel 1968 (57 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Həyatı
Quliyev Məhərrəm Böyükağa oğlu 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 1986–1988 tarixlərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.
Ailəlidir. 2 övladı var.
Siyasi fəaliyyəti
Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur.
13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli Sərəncamı ilə Agstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhərrəm Quliyev haqqında məlumat. Məhərrəm Quliyev nədir? Məhərrəm Quliyev nə deməkdir?
