Göyçə gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Göyçə gölünün adı 1930-cu ildə ermənilər tərəfindən dəyişdirilərək Sevan qoyulmuşdur.
| azərb. Göyçə gölü erm. Սևանա լիճ | |
|---|---|
| Göyçə gölü Sevana lich (erm.) | |
![]() Göyçə gölünün Kosmosdan görünüşü | |
| Ümumi məlumatlar | |
| Mütləq hündürlüyü | 1 896 m |
| Eni | 56 km |
| Uzunluğu |
|
| Sahəsi | 1 243 km² |
| Həcmi | 33,2 km³ |
| Dərin yeri | 78,4 m |
| Orta dərinliyi | 26,0 m |
| Axan çay | Zəngiçay |
| Şəffaflığı | 4,5 m |
| Yerləşməsi | |
| 40°18′38″ şm. e. 45°20′57″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | |
| Yerləşməsi | Kiçik Qafqaz |
![]() Göyçə gölü | |
Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası).
Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Tarixi və coğrafi əhəmiyyəti
Göyçə gölü Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində yerləşən, Cənubi Qafqazın ən böyük şirin sulu gölüdür. Göl təqribən 1900 metr dəniz səviyyəsindən yuxarıda yerləşir və sahəsi 1400km^2-ə çatır. Arpaçay Göyçə gölünün əsas qida mənbəyi sayılır.
Göl, vulkanik və tektonik mənşəli olmaqla regionun ən böyük içməli su mənbələrindən biridir. Onun maksimal dərinliyi 83 metr, orta dərinliyi isə təxminən 27 metr təşkil edir.
Göyçə gölünün sahil uzunluğu təqribən 260 kilometrdir. Gölün suyu şirin və təmizdir, su şəffaflığı 15–20 metrə qədərdir. Dərin və geniş olması, füsunkar təbiət mənzərəsi, sualtı faunası və flora zənginliyi onu Qafqazın “göy incisi” adlandırmağa əsas verir.
Göyçə mahalı və göl ətrafı əsrlər boyu azərbaycanlıların kompakt yaşadığı və mədəniyyətinin formalaşdığı qədim türk torpaqlarından biri olmuşdur. Azərbaycan xalqının ən qədim yazılı abidələrindən sayılan "Kitabi-Dədə Qorqud" dastanında gölün adı "Gökcə dəngizi" (Göyçə dənizi) kimi xatırlanır ki, bu da onun adının qədimliyini və türk mənşəyini təsdiqləyir.
Şəkillər
Xəritə (1856).
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göyçə gölü haqqında məlumat. Göyçə gölü nədir? Göyçə gölü nə deməkdir?



