Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çexoslovakizm (çex. Čechoslovakismus, slovak. Čechoslovakizmus) — bu ideologiyaya görə keçmiş Avstriya-Macarıstanın şimal ərazilərində çexlər və slovaklar deyil

Çexoslovakizm

  • Ana Səhifə
  • Vikipediya
  • Çexoslovakizm

Çexoslovakizm (çex. Čechoslovakismus, slovak. Čechoslovakizmus) — bu ideologiyaya görə keçmiş Avstriya-Macarıstanın şimal ərazilərində çexlər və slovaklar deyil, "çexoslovaklar" yaşamışlar. Bu ideologiya 1918-ci ildə Çexoslovakiya dövlətinin yaranması üçün əsas olmuşdur. Qeyd olunan doktrina Çexoslovakiyanın 1920-ci il Konstitusiyasında da öz əksini tapmışdır. Birinci Respublika dövrünə (1918-1938) aid statistik hesabatlarda da "çexlər" və "slovaklar" deyil, məhz "çexoslovaklar" xatırladılır.

1921-ci ildə Çexoslovakiyanın əhalisinin milli tərkibi belə olmuşdur

  • Cəmi əhalinin sayı - 13 607 385
  • Çexoslovaklar - 8 759 701 (64,37 %)
  • Almanlar - 3 123 305 (22,95 %)
  • Macarlar - 744 621 (5,47 %)
  • Rusinlər - 461 449 (3,39 %)
  • Yəhudilər - 180 534 (1,33 %)
  • Polyaklar - 75 852 (0,56 %)
  • Digərləri - 23 139 (0,17 %)
  • Xaricilər - 238 784 (1,75 %)

Çexoslovakiyanın heç də bütün sakinləri bu nəzəriyyəni müdafiə etmirdilər. İkinci Dünya müharibəsi ərəfəsində Çexiya Almaniya tərəfindən işğal edildikdən sonra Slovakiya ərazisində müstəqil Slovakiya dövləti yaradıldı. İkinci Dünya müharibəsindən sonra Çexoslovakiya yenidən birləşdirilsə də, "vahid millət" nəzəriyyəsini tamamilə bərpa etmək mümkün olmadı. 1960-cı il Konstitusiyasına əsasən Çexoslovakiyanın iki milli respublikadan ibarət federativ respublika elan edilməsi ilə "çexoslovakizm" ideologiyasına son qoyuldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çexoslovakizm sözünün mənası, çexoslovakizm haqqında məlumat. çexoslovakizm nədir? çexoslovakizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Sarıoğlan

  • Mart 01, 2026

    Vudsayd

  • Fevral 27, 2026

    Dilarə Cəbrayılova

  • Mart 06, 2026

    Mat (şahmat)

  • Fevral 27, 2026

    Atalar sözü

Trend Mahnılar
  • Mart 07, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 07, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 07, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 07, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 07, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst