Dizyunksiya (lat. disjunctio — rabitəsizlik) — "və ya" məntiq bağlayıcısının köməyi ilə iki fikrin birləşməsindən mürəkkəb bir fikir əmələ gətirən məntiqi əməliyyatdır.
Rəmzi yazılışı belədir: A V B (belə oxunur; A və ya B). Klassik riyazi məntiqdə dizyunksiyanın iki növünü - qeyri-ciddi (birləşdirici) və ciddini (ayırıcı) fərqləndirirlər. Qeyri-ciddi dizyunksiya mürəkkəb fikri yaradır. Bu da o zaman həqiqi ola bilər ki, ona daxil olan fikirlərin heç olmasa biri həqiqi olsun və o zaman yalan ola bilər ki, ona daxil olan bütün fikirlər yalan olsun. Ciddi dizyunksiya üzvlərindən yalnız biri həqiqi olduqda həqiqi olan mürəkkəb fikir əmələ gətirir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dizyunksiya sözünün mənası, dizyunksiya haqqında məlumat. dizyunksiya nədir? dizyunksiya nə deməkdir?