Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Corc Floyd (14 oktyabr 1973, Feyetvill[d], Şimali Karolina – 25 may 2020, Minneapolis, Minnesota, ABŞ) — repçi, basketbolçu.

Corc Floyd

  • Ana Səhifə
  • Vikipediya
  • Corc Floyd

Corc Floyd (14 oktyabr 1973, Feyetvill[d], Şimali Karolina – 25 may 2020, Minneapolis, Minnesota, ABŞ) — repçi, basketbolçu.

Corc Floyd
George Floyd
Digər adları Big Floyd, Big George, Perry, G
Doğum tarixi 14 oktyabr 1973
Doğum yeri Fayetteville, Şimali Karolina, ABŞ
Vəfat tarixi 25 may 2020 (46 yaşında)
Vəfat yeri Minneapolis, Minnesota, ABŞ
Vəfat səbəbi boğulma
Vətəndaşlığı ABŞ
Uşağı 5
Atası George Perry Floyd Sr.
Anası Larcenia Jones Floyd
Milliyyəti Afroamerikalı
Fəaliyyəti repçi, basketbolçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Corc Floyd ABŞın Şimali Karolina ştatının Fayetteville şəhərində anadan olmuşdur. Floyd Texas ştatında Houston şəhər mərkəzinin cənubunda qaradərililərin sıx yaşadığı Uçüncü Bölgədə böyüyüb. Məşhur müğənni Beyonsun də doğulub böyüdüyü bu məhəllədə həm də blyuz musiqisinin önəmli nümayəndələri yetişib. Floydun ölümündən sonra məlum olan faktlardan biri də budur ki, 1990-cı illərdə o, hip-hop tərzinin yaradıcısı, məşhur hyustonlu DJ Screw ilə birlikdə çalışıb. 20-ci əsr boyu davam edən irqi problemlər Üçüncü Bölgədə də kəskin hiss olunub, son illərdə isə bura qanqster müharibələriylə, evsizlik probleminin yaratdığı gərginliklərlə məşhurlaşıb.

Boyu 2 metrdən çox olan Floyd hələ gənc yaşlarından idmana maraq göstərməyə başlayıb, basketbol və Amerika futbolu üzrə xüsusi qabiliyyət nümayiş etdirib. Məktəb illərində Floyd basketbol və futbol yarışlarında iştirak etmişdir. Daha sonra "Screwed Up Click" adlı hip-hop musiqi qrupunda çıxış etmişdir. "Big Floyd" ləqəbi ilə tanınmışdır. Hyustonda Yates Liseyində Amerika futbolu oynayıb, liseyin komandası 1992-ci ildə Texas çempionatında ikinci yeri tutub. Floyd daha sonra Floridadakı Cənubi Florida Dövlət Kollecinin basketbol komandasına dəvət alıb və 1993–95-ci illərdə orda təhsil alıb. Sonrakı illərdə o, Texasa qayıdaraq universitetə daxil olub, ancaq təhsilini davam etdirməyib. Bundan sonra həyatının yönü dəyişib. Oğurluğa və narkotik maddə daşımaya görə bir neçə dəfə saxlanıb. 2007-ci ildə oğurluğa görə həbs edilən Floyd 5 il həbs cəzası alıb.

Floyd cəza evindən çıxandan sonra məhəllələrindəki Resurrection Houston kilsəsiylə münasibətlərini yaxşılaşdırıb. Silahlı zorakılıq hadisələrini qınadığı və gəncləri "evə qayıtmağa" çağırdığı videomüraciəti Floydun 2017-ci ildə hazırladığı güman olunur. Hazırda bu video sosial şəbəkələrdə geniş yayılmaqdadır. 2018-ci ildə bir xristian təşkilatının vasitəçiliyilə Floyd Minnesotaya köçüb. Salvation Army Fondunun mühafizə xidmətində iş tapan Floyd daha sonra yük maşını sürücüsü də işləyib.

"Covid-19" pandemiyasına görə xeyli sayda iş yerləri bağlandığı üçün bir çox amerikalı kimi Floyd da işsiz qalıb. Sonuncu dəfə 2020-ci il mayın 25-də həbs edildiyi gün o, saxta 20 dollarlıq əskinasla siqaret almaq istəyib. Derek Michael Chauvin adlı ağdərili polis işçisi Corc Floydu həbs edərkən diziylə boynunu sıxıb və bu onun ölümünə səbəb olub.

Həmçinin bax

  • Corc Floydun ölümü
  • Corc Floyd etirazları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, corc floyd sözünün mənası, corc floyd haqqında məlumat. corc floyd nədir? corc floyd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Feofil

  • Fevral 27, 2026

    Tərbiyə

  • Fevral 27, 2026

    Strasburq Universiteti

  • Fevral 27, 2026

    Oğuz xan

  • Fevral 25, 2026

    Füzuli rayonu

Trend Mahnılar
  • Mart 07, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 07, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 07, 2026

    Tacir Rustemov & Gulka Elekberli - İncime 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 07, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst