Niyazinin ev-muzeyi — SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil muzeyidir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin filialıdır.
| Niyazinin ev-muzeyi | |
|---|---|
| |
| |
| Əsası qoyulub | 28 dekabr 1990 |
| Açılış tarixi | 18 sentyabr 1994 |
| Mövzu | Azərbaycan musiqisi |
| Ölkə | |
| Yerləşir | |
| Ünvan | Bülbül prospekti, 21 |
| Direktor | Rza Bayramov |
| Muzeyə yetişmək | M 1 Sahil metrostansiyası |
| Telefon | +994 12 493 18 36 |
| İş rejimi | 10:00–18:00 |
| 40°22′29″ şm. e. 49°50′35″ ş. u.HGYO | |
| musicmuseum.az | |
Tarixi
Niyazinin ev-muzeyi təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. 18 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı oldu. Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaratmışdır. Muzeyin mudiri Bayramov Rza Rafiq oğludur.
Ekspozisiya
Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq — ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto-şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.
Niyazi muzeyində hal-hazırda:
- 120 ədəd Niyazinin not əlyazmaları;
- 2746 ədəd foto-şəkillər;
- 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab və notlar;
- 279 ədəd qramvallar;
- 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanılmaqdadır.
Qalereya
Qonaq otağı
İş otağı. Divarda Azərbaycanın və dünyanın məşhur musiqiçilərinin şəkilləri asılmışdır Azerbaijan and famous musicians of the world
Yemək otağı
İş otağı
Niyazinin yaradıcılığını əks etdirən materiallar
Muzeyin ekspozisiyası
Muzeyin ekspozisiyası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, niyazinin ev-muzeyi sözünün mənası, niyazinin ev-muzeyi haqqında məlumat. niyazinin ev-muzeyi nədir? niyazinin ev-muzeyi nə deməkdir?
