Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər ki

Henniq Brand

  • Ana Səhifə
  • Vikipediya
  • Henniq Brand

Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımi avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımi olan reaktiv) hazırlamaqdı.

Henniq Brand fəlsəfə daşını tapmaq üçün öz laboratoriyasında işləyərkən.

Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi. Daha sonra alim bu qarışığa qum və kömür əlavə edərək ocaqda qızdırmış və nəticədə qaranlıqda işıq saçan ağ tozun yarandığını müşahidə etmişdi.

Yaranan elementi fəlsəfi daş zənn edən alim ona fosfor, yəni işıqsaçan adını vermişdi. Bundan sonra alınan maddəni qızıla çevirmək istəyən Brandın bütün təcrübələri uğursuzluqla nəticələnir və sonda bunun baş tutmayacağını anlayan alim fosforun özünü satmaqla pul qazanmaq qərarına gəlir. Fosfor cəmiyyətdə böyük maraq oyatdığından alim onun alınma texnologiyasını heç kimə deməz və onu qızıldan da baha qiymətə satardı. Lakin sonradan bu sirri çox saxlaya bilməyəcəyini anlayan Brand fosforun alınma texnologiyasını 200 talerə Drezdenli kimyagər Krafta satmışdı. Henniq Brand 1710-cu ildə doğulduğu Hamburq şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, henniq brand sözünün mənası, henniq brand haqqında məlumat. henniq brand nədir? henniq brand nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Böyük depressiya

  • Fevral 25, 2026

    Danlar

  • Mart 06, 2026

    149 (ədəd)

  • Mart 01, 2026

    Letargiya

  • Mart 03, 2026

    Catra

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst