Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səməni

Səməni

  • Ana Səhifə
  • Vikipediya
  • Səməni

Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur.

Mündəricat

Tərif və məna

Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır. Son dövrlərdə satış üçün də səməni hazırlanır və hər bir evdə səməni olmasına yaxşı imkan yaradır.

Hazırlanması

  • Buğdanı təmizləyib suya qoyub 2-3 gün saxlayırıq.
    Buğda şişəcək.
    Buğdanı sudan çıxarıb dəsmalın üstünə səririk suyu çəkilir.
    Suyu çəkildikdən sonra buğdanı qaba tökürük.
    Tənzifi suya salıb isladıb buğdanın üstünə səririk.
    Tənzif yaş qalmalıdır. Buğda cücərməyə başlayanda tənzifi götürürük.
    Səməninin suyunu elə vermək lazımdır ki, altında su yığılıb qalmasın. Quruluğuna baxıb 2 gündə bir su vermək olar.

Etimologiya

Səməni fars sözü olub "toxum" deməkdir. Toxum sözü digər hind- avropa dillərində də eyni mənanı verir: Farsca "Sem/Som" kökündən törəmişdir. Doluluk, saflıq bildirir. Sümen/Suma sözcüyü qədim altayca və monqolcada "şaman" mənası daşıyır. Halha ləhcəsində sum, buryatçada hum, dagur dilində sum sözləri işlədilir. Mongur dilində isə söz semen şəklindədir. Monqolcada "sem" gizlilik, sirr mənaları daşıyır. Som/Soma sözü türk dilində özündə qürur, şərəf və iz, işarə kimi mənalar da ehtiva edir. Bu məna tunquzcada "sama" sözü ilə qarşılanır. Monqolca "sem", tunquzca "sümen" kökü "gizlətmək" mənasını da verir.

Həmçinin bax

  • Səməni (rəqs)
  • səməni hazırlamanın qaydası 2015-05-28 at the Wayback Machine

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səməni sözünün mənası, səməni haqqında məlumat. səməni nədir? səməni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Məryəm Əlibəyli

  • Mart 06, 2026

    Filiz təzahürü

  • Mart 06, 2026

    Anemoneae

  • Fevral 28, 2026

    Siciliya barokkosu

  • Mart 01, 2026

    Makkartizm

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst