Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahtaxtı hamamı — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində memarlıq abidəsi.

Şahtaxtı hamamı

  • Ana Səhifə
  • Vikipediya
  • Şahtaxtı hamamı

Şahtaxtı hamamı — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində memarlıq abidəsi.

Şahtaxtı hamamı
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Şahtaxtı
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şahtaxtı hamamı (Azərbaycan)
Nöqtə
Şahtaxtı hamamı

Mündəricat

Haqqında

Şahtaxtı hamamı Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşir.

Yaşlı nəslin dediyinə görə hamam XIX əsrin II yarısında İsa Sultan Şahtax tılının babası İsa Sultan tərəfindən tikdirilmişdir. Hamam düzbucaqlı formada, 20 x 10,5 x 6,4 metr ölçüdədir. Ümumi sahəsi 210 m² olan hamamın soyunma, yuyunma zalları, onlara birləşdirilən köməkçi otaqlar və ocaqxana, üç sferik günbəzlə örtülüb. Su mənbəyinin yüksəkdə yerləşməsi hamamın su ehtiyacını asanlaşdırmışdır. Soyunma və yuyunma zalı bir-biri ilə kiçik tambur lar vasitəsilə birləşir. Onlardan birbaşa yuyun ma zalına birləşik kiçik otağa giriş var. Isti və soyuq sulu hovuzlar da yuyunma zalına bitişikdir. Keçmişdə xəzinənin su ehtiyacı, saxsı borular vasitəsilə ödənilirmiş, indi isə bu borular dəyişdirilərək dəmir borularla əvəz olunub. Xəzinə binanın cənub tərəfindədir. Yuyunma zalı və ona birləşik otaqların altından isti havanın kanalları keçir. Kanalın bir ucu ocağa, digər ucu isə bacaya birləşdirilib. Bacalardan biri ocağın üstündə, digər ikisi isə yuyunma və soyunma zallarının üzərindədir.

Keçmişdə hamamı isitmək üçün samandan istifadə edilirdi. Kənd sakinləri nin verdiyi məlumata görə, hamamı isitmək üçün 2–3 bağ samanı yandıraraq isidərmişlər. Saman tez yanıb qurtarmasın deyə bacanın ağzını tıxarmışlar. Bu üsulla əlavə yanacaqan istifadə etmədən hamam 2–3 gün fəaliyyət göstərərmiş. Keçən əsrin ortalarından hamamı mazutla qızdırmağa başladılar. Hamam özünün ilkin quruluşunu və funksional xüsusiyyətlərini indi də qoruyub saxlayıb. Bir çox yeraltı hamamlar dan fərqli olaraq Şaxtaxtı hamamı yarım yeraltı hamam sayılır. Hamamın kəndin mərkəzində yerləş dirilməsinin bir neçə səbəbi var. Kənd sakinlərinin sözlərinə görə keçmişdə bu hamam həm də kənd sakinlərinin istirahət yeri olub. Burada pəhləvanlar gücünü sınayar, xalq tamaşaları göstərərdilər. Hamam son illərdə nəzarətsiz qaldığı üçün dağıdılmış və tamamilə sıradan çıxmışdır. Hamamın yenidən qurulmasına və bərpaya ehtiyacı var.

Həmçinin bax

  • Şahtaxtı mineral bulağı
  • Şahtaxtı arxeoloji abidələr kompleksi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şahtaxtı hamamı sözünün mənası, şahtaxtı hamamı haqqında məlumat. şahtaxtı hamamı nədir? şahtaxtı hamamı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gəncə bəylərbəyliyi

  • Fevral 27, 2026

    Fars

  • Mart 06, 2026

    Linux Mint

  • Fevral 27, 2026

    II Aleksandr

  • Mart 01, 2026

    Rauf Əhmədov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst