Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orman Çingiz oğlu Əliyev (30 avqust 1980, Bakı) — Azərbaycanlı kinoprodüser, rejissor, Bakı Media Mərkəzinin icraçı direktoru, Avropa Film Akademiyasının üzvü,

Orman Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Orman Əliyev

Orman Çingiz oğlu Əliyev (30 avqust 1980, Bakı) — Azərbaycanlı kinoprodüser, rejissor, Bakı Media Mərkəzinin icraçı direktoru, Avropa Film Akademiyasının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2018).

Orman Əliyev
Orman Çingiz oğlu Əliyev
Digər adı Orman Çingizoğlu
Doğum tarixi 30 avqust 1980(1980-08-30) (45 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Çingiz Əlioğlu
Fəaliyyəti kinoprodüser
rejissor
teatrşünas
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İstiqamət kino
televiziya
radio
Üzvlüyü
  • Avropa Film Akademiyası
Mükafatları "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
IMDb ID7901998
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əliyev Orman Çingiz oğlu 30 avqust 1980-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası Azərbaycanın tanınmış şairi, bədii ədəbiyyatın tərcüməçisi və nasir Çingiz Əlioğludur. Orta təhsilini Bakı şəhərindəki 8 saylı məktəbdə alıb. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissoru ixtisasına daxil olub, 2001-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə həmin universitetdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsini də fərqlənmə diplomu ilə başa vurub. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

2000-2001-ci illərdə Azərbaycan Televiziya və Radio Şirkətində rejissor assistenti olaraq işləyib. 2001-2004-cü illərdə Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirib. 2005-2006-ci illərdə İctimai Televiziyada rejissor vəzifəsində çalışıb. 2006-2007-ci illərdə İctimai Televiziyada kino, dublyaj departamentinin direktor müavini vəzifəsini icra edib. 2007-2008-ci illərdə həmin televiziyada Musiqi və Əyləncəli verilişlər departamentinin direktoru, 2008-2009-ci illərdə İctimai Televiziyada "Carçıfilm" Yaradılıcıq Birliyinin direktor müavini vəzifələrində fəaliyyət göstərib. 2009-2012-ci illərdə İctimai Televiziyada Rejissor və operatorlar departamentinin baş rejissoru vəzifəsində kanalın yaradıcı məhsullarının formalaşmasında aktiv rol oynayıb.

2008-2012-ci illərdə Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya Mahnı Müsabiqəsində işçi qrupunda şounun prodüseri kimi yaxından iştirak edib. Orman Əliyev 2013-cü ildən etibarən Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkəti Bakı Media Mərkəzinin icraçı direktorudur. Bununla yanaşı, Orman Əliyev həm yerli, həm də qlobal brendlərin inkişaf etməsinə kömək edən marketinq kommunikasiya peşəkarlarından ibarət komandanın formalaşdığı "Maverick" reklam şirkətinin idarəetməsini həyata keçirir. Həmçinin peşəkar bacarığını medianın geniş auditoriyaya müraciət edən radio sahəsində də təcrübədən keçirib. Belə ki, 2022-ci ilin noyabr ayında Orman Əliyev rəhbərliyi ilə iki yeni FM radiosu dinləyicilərin istifadəsinə təqdim olunub: 93.3 FM dalğasında BakuRetroFM-də sevilən retro ifalar, 97.7 FM dalğasında olan BakuHitFM-də isə dünya musiqi çartlarının məşhur hitləri səslənir.

Orman Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurasının Layihələrin iqtisadi qiymətləndirilməsi üzrə işçi qrupunun üzvüdür. 2022-ci ildə Avropa Film Akademiyasının üzvü seçilmişdir.

Mükafatları

  • 2003 — Ən yaxşı etnoqrafik film ("Səsin naxışı" filminə görə)
  • 2003 — İlin ən yaxşı sənədli filmi ("Səsin naxışı" filminə görə)
  • 2021 — VI Türk Dünyası Sənədli Film Festivalının "Peşəkar sənədli film" bölümündə münsiflər heyətinin xüsusi mükafatı ("Biz" filminə görə)
  • 2021 — Jahorina Beynəlxalq Film Festivalında "Ən yaxşı sənədli film" nominasiyasının qalibi ("Sonuncu" filminə görə)
  • 2021 — DokuBaku Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyasının qalibi ("Sonuncu" filminə görə)
  • 2022 — 15-ci Beynəlxalq Çeboksarı Film Festivalının baş mükafatı ("Sonuncu" filminə görə)

Təltifləri

  • 2018 — "Əməkdar mədəniyyət işçisi" fəxri adı
  • 2019 — "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı
  • 2021 — "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
  • 2022 — "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı
  • 2025 — Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 21 iyul 2025

Filmoqrafiya

Rejissor kimi

  1. Duyğu fraqmentləri (2002)
  2. Manej duyumları (2002)
  3. Səsin naxışı (2002)
  4. Səhnə işığına doğru (2002)
  5. Tale çarpazları (2002)
  6. Axırıncı aşırıma qədər (2002)
  7. İlahi bölgü (2002)
  8. Sənətin sehrinə doğru (2002)
  9. Kürə qovuşan ömür (2002)
  10. Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
  11. Divarın o üzündə (2002)
  12. Şöhrət, yaxud unudulan adam (2002)
  13. Çarpaz budaqlar arasında (2002)
  14. On ilin uğurları (2002)
  15. Sənətin sehrinə doğru (2002)
  16. İşığın rapsodiyası (2002)
  17. Naxışlar (2003)
  18. Gecə zəngi (2003)
  19. İldırımlı yolun yolçuları (2003)
  20. Qərib bir səs (2003)
  21. 63-ün tutqun payızı (film, 2003)
  22. Naxçıvan lövhələri (2003)
  23. Qürbət eskizlər (2003)
  24. Azərbaycan (2005)
  25. Qarabağdan Kölnə aparan yol (2006)
  26. Daşdan tikilmiş şəhər (film, 2008)
  27. Biz (2021)

Prodüser kimi

  1. Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu? (film, 2015)
  2. Əbədi ezamiyyət (film, 2016)
  3. Bir günəş altında (film, 2016)
  4. Son iclas (film, 2018)
  5. Miras (2018)
  6. Suğra və oğulları (film, 2021)
  7. Sonuncu (2021)
  8. Şuşa, sən azadsan! (film, 2021)
  9. Mərmər soyuğu (film, 2022)

Redaktor kimi

  1. Papaq (film, 2007)

Televiziya və yayım layihələrində prodüseri olduğu işlər

  1. Avroviziya Mahnı Müsabiqəsi (2008-2011)
  2. Avroviziya Mahnı Müsabiqəsi (2012)
  3. World Music Awards (2008)
  4. Bakı 2015 - Avropa Oyunları (2015)
  5. Tbilisidə 13-cü Avropa Gənclər Olimpiya Festivalı (2015)
  6. Tur d’Azərbaycan (2014-2017)
  7. Bakı 2017 - IV İslam Həmrəyliyi Oyunları (2017)
  8. 2018 UCI BMX Dünya Çempionatı (2018)
  9. "Yol əhvalatı" səyahət verilişi (2018-2019)
  10. Neom şəhərində FİFA-nın təsdiq etdiyi çimərlik futbolu üzrə 50-ci dünya çempionatı
  11. “Karate1” Premyer Liqa turniri (2022)
  12. Beynəlxalq Atıcılıq İdman Federasiyasının Dünya Kuboku (2022)
  13. "Rakkadaroom" televiziya verilişi (2022)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, orman əliyev sözünün mənası, orman əliyev haqqında məlumat. orman əliyev nədir? orman əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kantçılıq

  • Fevral 27, 2026

    Sekeşfexervar

  • Fevral 27, 2026

    Pinanq

  • Mart 01, 2026

    Əhməddin Rəcəbli

  • Fevral 27, 2026

    Qəlsəməçənəlilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst