Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıyev Əbdülmənaf Qəhrəman oğlu (1896, Urud, Zəngəzur qəzası) — Naxçıvan MSSR Ali Sovetinin deputatı.

Əbdülmənaf Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əbdülmənaf Hacıyev

Hacıyev Əbdülmənaf Qəhrəman oğlu (1896, Urud, Zəngəzur qəzası) — Naxçıvan MSSR Ali Sovetinin deputatı.

Əbdülmənaf Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1896(1896) (129–130 yaş)
Doğum yeri
  • Urud, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Uşağı
  • Sabir Hacıyev

Həyatı

Hacıyev Əbdülmənaf Qəhrəman oğlu 1896-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında (indiki Ermənistanın Sisiyan rayonunun Urud kəndində) anadan olmuşdur.

Orta təhsilini Gorus rayonunda Oğlanlar Seminariyasında aldıqdan sonra, təhsilini davam etdirmək üçün Moskva Hüquq Elmləri Akademiyasına daxil olmuş, 1932-ci ildə hüquqşunas ixtisası ilə oranı bitirmişdir.

Əmək fəaliyyətinə 1920-ci ildə Qubadlı qəzasının Eyvazlı-Xanlıq kənd məktəbində müəllim kimi başlamış, 1930-cu ildə Ağdam rayon Maarif İşçiləri Həmkarlar İttifaqinın sədri, 1931–1933 illərdə Ağdam rayon Maarif şöbəsinin müdiri, daha sonra təhsilini davam etdirərək Moskva Ali Həmkarlar Hərəkatı məktəbini bitirmiş, 1933–1936-cı illərdə Naxçivan şəhər Maarif şöbəsinin müdiri, Maarif Nazirliyində savadlandırma kursları üzrə siyasi maarif şöbəsinin müdiri, daha sonra Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsi üzrə katib,1936–1938-ci illərdə Naxcivan Vilayət ibtidai Orta məktəb İşçiləri Həmkarlar İttifaqının sədri, 1938–1948-ci illərdə Naxçıvan MSSR Ədliyyə naziri vəzifələrində çalışmış, 1948–1951-ci illərdə Naxçıvan Vilayət ibtidai Orta məktəb İşçiləri Həmkarlar İttifaqında məsul vəzifədə, 1951–1980-ci illərdə Naxçıvan şəhər 7№ -li orta məktəbində fars dili müəllimi işləmişdir.

I–II çağiriş Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.

Əməyi yüksək qiymətləndirilmiş, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə o Əməkdar müəllim fəxri adına layiq görülmüş, Qafqazın müdafiəsinə görə, Rəşadətli əməyə görə və Lenin yubiley medalları ilə təltif olunmuşdur.

Oğlu Hacıyev Sabir Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü , fizika elmləri doktoru, BDU -nun fizika İnstitutunun direktorudur. Şöhrət ordeni ilə təltif olunmuşdur.Digər övladları — Qasım, Roza və Məxmər Ali təhsilli olmaqla müəllim işləmişlər.

Ədəbiyyat

  • Naxçıvanda seçkilərin tarixi (1937–2002) Ensiklopedik toplu. Bakı: Qanun 2003.
  • Musa Urud, "Urud" (tarix, etnoqrafiya). Bakı, 2000.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əbdülmənaf hacıyev sözünün mənası, əbdülmənaf hacıyev haqqında məlumat. əbdülmənaf hacıyev nədir? əbdülmənaf hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Aktivist

  • Mart 02, 2026

    Ballıqaya

  • Mart 01, 2026

    Partiya

  • Fevral 25, 2026

    Mahmudlu (Cəbrayıl)

  • Fevral 28, 2026

    W-Trio

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst