Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ənvər Abbasqulu oğlu Əbluc (6 yanvar 1947, Jdanov) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006), Prezident təqaüd

Ənvər Əbluc

  • Ana Səhifə
  • Vikipediya
  • Ənvər Əbluc

Ənvər Abbasqulu oğlu Əbluc (6 yanvar 1947, Jdanov) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006), Prezident təqaüdçüsü (2018-ci ildən).

Ənvər Əbluc
Doğum tarixi 6 yanvar 1947(1947-01-06) (79 yaş)
Doğum yeri
  • Jdanov, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rejissor
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20062006
IMDb ID3429306

Mündəricat

Həyatı

Ənvər Əbluc 1947-ci ilin yanvar ayının 6-da Beyləqan (keçmiş Jdanov rayonu) İran Azərbaycanından olan siyasi mühacir ailəsində anadan olmuşdur. 1953-cü ildə məktəbə getmiş, 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1973-cü ildə isə Moskvada Ümumiittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirmişdir. 7 bədii, 18 sənədli filmə ekran həyatı vermişdir. Quruluş verdiyi "Qara gölün cəngavərləri" adlı bədii filmi 1985-ci ildə Minsk şəhərində keçirilən Ümumittifaq kinofestivlında xüsusi mükafata və diploma layiq görülmüş, Qarabağ müharibəsindən bəhs edən "Ağ atlı oğlan" filmi İran İslam Respublikasında Beynəlxalq Uşaq filmləri festivalında, "Məhəmməd Biriya" sənədli filmi İsveç Krallığında keçirilən Beynəlxalq kinofestivalında iştirak etmiş, "Tərsinə çevrilən dünya" bədii filmi isə 2012-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Polis filmləri festivalında diploma layiq görülmüşdür. 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissor sənətindən dərs deyir. Dublyaj sahəsində də xidmətləri var. Əməkdar incəsənət xadimidir (2006). 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Aktyor Həsən Əblucun qardaşıdır.

Filmoqrafiya

  1. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor
  2. Aktrisa (film, 2011) (tammetrajlı bədii film)-istehsalat üzrə məsləhətçi
  3. ATU və ya pa ATU nnan (film, 1971)
  4. Balaş və Mədinə (film, 2003)
  5. Bircəciyim (film, 1986)
  6. Buyruq və quyruq (film, 1972)
  7. Cavad Heyət varlığı (film, 2002)
  8. Dad (film, 1984)
  9. Dənizə çıxmaq qorxuludur (film, 1973)
  10. Dərd çox… (film, 1988)
  11. Doğma sahillər (film, 1989)
  12. Eldən soruş (film, 1980)
  13. Firəngiz (film, 1975)
  14. Həmişə təmizlikdə (film, 1985)
  15. Həsən Əbluc (film, 1999)
  16. Kommersiya (film, 1992)
  17. Kontor (film, 1978)
  18. Körpülər (film, 1976)
  19. Qara gölün cəngavərləri (film, 1984)
  20. Quba dastanı (film, 1992)
  21. Məsləhət (film, 1988)
  22. Odlu ürək (film, 1981)
  23. Pəncərə (film, 1991)
  24. Putyovka (film, 1975)
  25. Məhəmməd Hüseyn Şəhriyar (film 2006)
  26. Sizin düşməniniz (film, 1987)
  27. Tərsinə çevrilən dünya (film, 2011)
  28. Tikən də biz, sökən də (film, 1981)
  29. Tutuquşu (film, 1985)
  30. Ulu diyarın harayı (film, 1993)
  31. Yarımçıq təsərrüfatlar (film, 1988)
  32. Söhrab Tahir (film 2003)
  33. Məhəmməd Biriya (2004)
  34. Əli Tudə (film 2005)
  35. İsmayıl Hidayətzadə (film 2008)
  36. Həsən Seyidbəyli (film 2008)
  37. Bəstəkar Oqtay Rəcəbov (film 2009)
  38. Təbriz (film 2009)
  39. Yad et məni (film 2014)
  40. Fidan və Xuraman (film 2016)
  41. Mosart və Solyeri (teletamaşa 1969)
  42. Kukaraça (teletamaşa 1990)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ənvər əbluc sözünün mənası, ənvər əbluc haqqında məlumat. ənvər əbluc nədir? ənvər əbluc nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    213 (ədəd)

  • Fevral 27, 2026

    Yəsəvilik

  • Fevral 23, 2026

    E.ə. 347

  • Mart 01, 2026

    Dədəli (Xaçmaz)

  • Fevral 27, 2026

    Yekaterina Pavlovna

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst